Azərbaycan Çinin Hohhot şəhərində keçiriləcək Qran-Pri turnirində 6 kişi və 1 qadın cüdoçu ilə təmsil olunacaq.
Azspor.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Qran-Pridə kişilərin mübarizəsində 6, qadınların yarışında 1 cüdoçumuz mübarizə aparacaq.
Qran-Pridə Kəramət Hüseynov, Tofiq Məmmədov (60 kq), İsmayıl İbrahimov (66 kq), Rüfət Məmmədov, Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq), Aleksandra-Larisa Florian (57 kq) qüvvələrini sınayacaqlar.