Kişi həndbolçuların Azərbaycan çempionatında ikinci turunun oyunları keçirilib.
“Məhsul” kollektivi ilə U-16 komandasının görüşündə nominal meydança sahiblərinin imkanları daha yüksək qiymətləndirilirdi. Mülahizələri doğruldan “Məhsul” çempionata daha çox təcrübə toplamaq məqsədi ilə qatılan rəqibi üzərində inamlı qələbə qazanıb – 34:15.
Yarışın əsas favoriti sayılan “Bakı” da turu qələbə ilə başa vurub. Ölkə çempionu bu dəfə “Təhsil” komandası ilə qarşılaşıb. Gözlənildiyi kimi “Bakı”nın üstünlüyü şəraitində keçən oyun 32:23 hesabı ilə nəticələnib.