Ana səhifə  |  Haqqımızda  Əlaqə
Cümə, 10 yanvar 2025, 14:20:40  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
Tarix: 19.10.2018 | Saat: 09:08:00 | E-mail | Çapa göndər
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub.

206 ölkədən 4 mindən artıq idmançının qatıldığı Olimpiadada 29 qızıl, 18 gümüş və 12 bürünc medal qazanan Rusiya millisi komanda hesabında birinci olub. Çin (18-9-9) ikinci, Yaponiya (15-12-12) üçüncü, Macarıstan (12-7-5) dördüncü, İtaliya (11-10-13) isə beşinci olub. Ümumilikdə, 92 ölkənin idmançıları medal qazanıblar.

“Buenos-Ayres 2018”in bağlanış mərasimində Olimpiya bayrağı növbəti Olimpiadaya ev sahibliyi edəcək Seneqala təqdim olunub.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax yüksək təşkilatçılığa görə Argentina hökumətinə minnətdarlığını bildirib.

Təntənəli bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Kosovo və Cənubi Sudan ilk dəfə çıxış ediblər. Oyunların cədvəlinə rəsmi olaraq dörd idman növü əlavə edilib. Bunlar dırmanma, karate, idman rəqsi və təkərli konkisürmə idman növləridir.

On yeddi idmançı ilə Olimpiadaya yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib.

Beləliklə, Azərbaycan milli komandası 206 ölkənin qatıldığı Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına 2022-ci ildə Seneqalın paytaxtı Dakar ev sahibliyi edəcək.
Xəbər 982 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.10.2019 Fransa “Paris-2024”-ün loqotipini təsdiqləyib
17.12.2018 BOK İdmançılar Komissiyasının böyük beynəlxalq forumu keçiriləcək
21.11.2018 İsveç 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə iddialıdır
20.11.2018 Kanada 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməyəcək
16.11.2018 Kanada 2026-cı ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyə bilər
14.11.2018 “Get into Snow Sports” proqramının icrasına başlanıldı
25.10.2018 Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüş olub
18.10.2018 Azərbaycan milli komandası Yeniyetmələrin III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub
18.10.2018 Boksçumuz Nurlan Səfərov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb
16.10.2018 “Buenos-Ayres-2018”in Atletlər kəndində azərbaycanlı idmançılarla görüş keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru