Avqustun 31-də UEFA Avropa Liqasının play-off mərhələsinə yekun vurulub və turnirin qrup mərhələsində mübarizə aparacaq son 21 klub da müəyyənləşib.
Turnirin play-off mərhələsində 21 cavab qarşılaşması oynanılıb.
Bu turnirdə yeganə təmsilçimiz “Qarabağ” klubu inamlı oyunu sayəsində qrup mərhələsinə vəsiqə qazanıb. İlk oyunda səfərdə Moldovanın “Şerif” klubuna 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi cavab görüşündə rəqibin qapısından üç cavabsız top keçirib.
İstanbulun “Beşiktaş” komandası isə birinci görüşdə səfərdə 1:1 hesablı heç-heçə etdiyi “Partizan” klubunu ev oyununda məğlubiyyətə uğradıb - 3:0.
Qazaxıstanın “Astana” klubu ilk görüşdə minimal hesabla məğlub olduğu APOEL (Kipr) komandasını evdə eyni hesabla məğlub edib. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasında “Astana” 2:1 hesabı ilə qələbə qazanaraq UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
Play-off mərhələsinin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
Beləliklə, UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq 48 klub artıq müəyyənləşib. Turnirin qrup mərhələsinin püşkü avqustun 31-də Bakı vaxtı ilə saat 13:00-da atılacaq.