Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
14/08 | 22:23 Serbiyalı tennisçi Novak Cokoviç “US Open” turnirində iştirakını təsdiqləyib
14/08 | 20:37 Moldova çempionatında müvəqqəti fasilə elan olunub
14/08 | 19:03 “Qarabağ” klubu Serbiya millisinin hücumçusunu transfer etmək istəyir
14/08 | 18:45 Şüvəlanda açıq havada keçirilən şahmat turnirinin qalibləri müəyyənləşib
14/08 | 18:11 Həbib Nurməhəmmədov 2021-ci ilin yazında Jorj Sen-Pyer ilə döyüşmək istədiyini bildirib
14/08 | 17:26 “Sumqayıt” klubu üç futbolçu ilə vidalaşıb
14/08 | 16:23 “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
14/08 | 15:15 Formula 1 İspaniya Qran-Prisi start götürür
14/08 | 14:56 “Keşlə” növbəti transferini reallaşdırıb
14/08 | 14:22 Stolüstü tennis üzrə Avropa çempionatı təxirə salınıb
14/08 | 13:40 “Neftçi” öndə, “Qarabağ” bir addımlığında
14/08 | 13:09 FIDE veteran şahmatçılara maliyyə dəstəyi göstərib
14/08 | 12:24 Ümumdünya Şahmat Olimpiadasında ikinci divizionun oyunları start götürüb
14/08 | 11:35 Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi qarşılaşması oynanılacaq
14/08 | 10:08 UEFA Çempionlar Liqasının ikinci yarımfinalçısı məlum olub
14/08 | 09:56 "Qarabağ" komandasının keçmiş qapıçısı "Konyaspor" klubuna transfer olub
13/08 | 21:52 Blez Matyuidinin “İnter Mayami” komandasına keçidi rəsmiləşib
13/08 | 21:19 Millimizin baş məşqçisi Canni De Byazi “Neftçi”nin məşqini izləyib
13/08 | 20:34 "Səbail" klubu qapıçısı Aleksandr Rıbka ilə yollarını ayırıb
13/08 | 19:03 MHL-də həlledici mərhələnin görüşləri davam edir
13/08 | 18:39 “Zirə” klubu Seneqal millisinin sabiq üzvünü transfer edə bilər
13/08 | 18:04 Millimizin sabiq voleybolçusu Braziliya klubu müqaviləsini yeniləyib
13/08 | 17:40 “Qarabağ”–“Sileks” matçını idarə edəcək hakimlər müəyyənləşib
13/08 | 16:44 “Trabzonspor” heyətinə braziliyalı müdafiəçi cəlb edib
13/08 | 16:10 Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb
13/08 | 15:45 Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunun oyunları keçiriləcək
13/08 | 15:24 Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandırıldı
13/08 | 15:17 Belçikalı velosipedçi Fransada qələbə qazanıb
13/08 | 14:32 İsveçrə millisinin sabiq müdafiəçisi Stefan Lixtştayner karyerasını bitirib
13/08 | 13:23 Kikboksçularımızın hazırlıq səviyyəsinin artırılması diqqət mərkəzində saxlanılır
13/08 | 12:12 “Sumqayıt” cari mövsümün ilk turuna hazırlaşır
13/08 | 11:15 “Beşiktaş” birinci transferini reallaşdırıb
13/08 | 10:04 İdman ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində əsgərlərlə görüşüblər
13/08 | 09:48 Tovuzda velosipedçilərimizin təlim-məşq toplanışına start verilib
12/08 | 21:08 “Williams” komandası İspaniyada Roy Nissaniyə şans verəcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Həzi Aslanov turnirində yeni ənənə
Tarix: 15.04.2012 | Saat: 23:53:00 | E-mail | Çapa göndər
General Həzi Aslanovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq cüdo turniri bu dəfə Astarada keçirilib



Aprelin 14-15-də Astara Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə XXXV ənənəvi beynəlxalq turnir keçirilib.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 5 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstandan 200 nəfərə yaxın idmançı mübarizə aparıb.
Qeyd edək ki, indiyədək bu turnir həmişə Bakı şəhərində təşkil edilirdi. İlk dəfə onu paytaxtdan kənarda keçirməklə təşkilatçılar yeni ənənənin əsasını qoyublar. Yəqin ki, növbəti illərdə də bu yarışı ölkəmizin digər şəhərlərində keçirməklə, bölgələrdə idmana marağın daha da artmasına təkan vermiş olacaqlar.
İki gün davam edən beynəlxalq turnirin iştirakçıları və qonaqlar əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Həzi Aslanovun şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, orkestrin müşayiəti ilə xatirə paradında iştirak ediblər.
Burada keçirilən mərasimdə çıxış edən polis general-mayoru Həzi Aslanov beynəlxalq turnirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, turnirin təşkilatçılarına minnətdarlığını bildirib. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, müdafiə nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov xalqımızın qəhrəman oğlu Həzi Aslanovun keçdiyi ömür və döyüş yolundan danışıb, beynəlxalq turnirin iştirakçılarına uğurlar arzulayıblar.
Daha sonra qonaqlar Həzi Aslanovun ev-muzeyinə gələrək, qəhrəmana aid eksponatlarla tanış olub, burada xatirə şəkli çəkdiriblər.
Tədbir Astara rayonunda davam edib.
İdmançılar və qonaqlar Astara şəhərindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olublar.
Sonra Astara Olimpiya İdman Kompleksində cüdo üzrə XXXV ənənəvi beynəlxalq turnirin açılışı olub. Turnirdə iştirak edən komandaların üzvləri idman zalında musiqi sədaları altında dövrə vurublar.
Mərasimdə çıxış edənlər ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, martın 13-də açılışında Prezident İlham Əliyevin iştirak etdiyi Astara Olimpiya İdman Kompleksində ilk dəfə keçirilən beynəlxalq turnirin əhəmiyyətini yüksək qiymətləndirib, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
Tamaşaçılar mərasimdə teatrlaşdırılmış səhnələri maraqla izləyiblər. Altmış yeddi il sonra rəmzi olaraq Həzi Aslanovun döyüşçüləri ilə birlikdə maşınla zala daxil olmasını iştirakçılar sürəkli alqışlarla qarşılayıblar. Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında hərbi vətənpərvərlik mövzusunda müxtəlif səhnələr nümayiş etdirilib.
Turnirin birinci günü müxtəlif çəki dərəcəsində qaliblər müəyyən olunub. Oğlanların yarışında Gürcüstan idmançısı Georgi Ukmilidze 50 kq, azərbaycanlı cüdoçular Murad Heydərli 55 kqvə Çingiz Əhmədov 60 kq; qızların yarışında Qazaxıstan nümayəndəsi Sain Abiya 40 kq, azərbaycanlı idmançı Nəzakət Xəlili 57 kq, gürcü Ani Miqiaşvili 63 kq, azərbaycanlı pəhləvanlar Türanə Ağayeva 70 kq və Nərminə Əlizadə +70 kq çəki dərəcələrində birinci yeri tutublar.
İkinci gün qazaxıstanlı Əzizə Baktibay 44 kq, azərbaycanlı cüdoçular Nəriman Əhmədov 46 kq, Aksana Əhmədova 52 kq, Naim Hüseynov 66 kq, Rəşad Quliyev 81 kq və Məhəmməd Məhərrəmov 90 kq, gürcü Jaba Liparteliani 73 kq və Bakari Kuxianidze +90 kq çəki dərəcələrində turnirin qalibi olublar.
Ümumi komanda hesabaında Azərbaycan birinci, Gürcüstan ikinci, Qazaxıstan üçüncü, Rusiya komandası isə dördüncü yerləri tutublar.
Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Xəbər 1030 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.08.2020 Blez Matyuidinin “İnter Mayami” komandasına keçidi rəsmiləşib
06.08.2020 Beynəlxalq Cüdo Federasiyası BMT-nin iqlim dəyişikliyi ilə mübarizə üzrə kampaniyasına qoşulub
16.07.2020 İdmançılarımızın iştirak edəcəkləri daha bir Avropa çempionatı təxirə salınıb
09.07.2020 Avropa çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib
18.05.2020 Bakıdakı Böyük Dəbilqə turnirində bürünc medal qazanan idmançı ağır xəstəliyə tutulub
07.05.2020 Cüdoçularımız müsəlmanları təbrik etdilər - VİDEO
30.04.2020 Cüdoçularımız "Biz birlikdə güclüyük!" sosial aksiyasına qoşulublar
29.04.2020 Karantin rejimindən sonra cüdoçular lisenziya xallarını harada artıracaqlar
17.04.2020 Cüdo üzrə Avropa çempionatları "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq
13.04.2020 Cüdo üzrə Azərbaycan komandası koronavirus pandemiyası ilə əlaqədar əhaliyə müraciət edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
50 gündən sonra yenidən açıq havada idman yarışlarına icazə verildi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru