|
|
Azərbaycan Respublikası Atçılıq Federasiyası cıdır yarışı keçirib |
|
Tarix: 25.08.2018 | Saat: 15:07:00 | E-mail | Çapa göndər
|
|
Avqustun 25-də Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Binə Atçılıq Mərkəzində yerləşən hippodromda cıdır yarışı keçirib.
Dörd qaçışdan ibarət cıdır yarışında dörd yaş Qarabağ və Dilbaz atları 2400 metr məsafədə qrup üzrə “Derbi”, üç yaş ingilis atları 2400 metr məsafədə qrup üzrə “Derbi”, iki yaş ingilis atları 1400 metr məsafədə, dörd yaş və yuxarı ingilis atları isə 2400 metr məsafədə qrup üzrə ARAF kuboku uğrunda güclərini sınayıb.
Dörd yaş Qarabağ və Dilbaz atlarının “Derbi” qaçışında jokey Azər Əliyev “Dəmir” ləqəbli atla birinci yerin (3:01.064) və “Derbi” kubokunun sahibi olub. Jokey Hilal Nəzərov “Netron” ləqəbli atla ikinci yerə (3:02.671), jokey Rauf Tahirov “Şahmar” ləqəbli atla üçüncü yerə (3:07.130) çıxıb.
Üç yaş ingilis atlarının “Derbi” qaçışında jokey Hilal Nəzərov “Bahr” ləqəbli atla birinci yerə (2:37.680) və “Derbi” kuboka layiq görülüb. Jokey Azər Əliyev “Atilla” ləqəbli atla ikinci yeri (2:39.646), jokey Orxanbəy Hacıyev “Prince” ləqəbli atla üçüncü yeri (2:39.772) tutublar.
Dörd yaş və yuxarı ingilis atlarının qaçışında jokey Hilal Nəzərov “Majestic Warrior” ləqəbli atla birinci pilləyə yüksəlib (2:37.977) və ARAF kubokunu qazanıb. Jokey Rauf Tahirov “Şəfəqim” ləqəbli atla ikinci yerdə (2:38.047), jokey Orxanbəy Hacıyev “Butsefal” ləqəbli atla üçüncü yerdə (2:38.277) qərarlaşıb.
İki yaşlı ingilis atlarının yarışında jokey Hilal Nəzərov “Mismambo” ləqəbli atla birinci yeri (1:33.137), jokey Orxanbəy Hacıyev “Matilda” ləqəbli atla ikinci yeri (1:34.466), jokey Azər Əliyev “Quida” ləqəbli atla üçüncü yeri (1:35.744) tutub.
|
|
|
|
Xəbər 1358 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|