“Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba Fransanın yüksək ödənişli idmançılarının reytinq cədvəlinə başçılıq edir.
24 yaşlı futbolçu “L’Equipe” nəşrinin 2017-ci ilin yekunlarına görə tərtib etdiyi “Top-30” reytinq cədvəlində birinci olub.
Poqba ötən ilki məvacibi və əldə etdiyi bonuslara görə, 22,2 milyon avro qazanıb. Bu məbləğ futbolçunun 2016-cı ildəki gəlirindən 4,2 milyon avro çoxdur.
Qeyd edək ki, reytinq cədvəlində ilk üçlüyü basketbolçu Toni Parker (19,7 milyon avro) və “Atletiko”nun futbolçusu Antuan Qrizmann (19,1 milyon avro) qapayıb.