|
|
“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 72 il ötür |
|
Tarix: 23.02.2018 | Saat: 12:56:00 | E-mail | Çapa göndər
|
|
Bu gün “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 72 il ötür.
1946-cı il fevralın 23-də Bakıda anadan olan A.Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973-cü, 1975-1978-ci illər) SSRİ çempionatlarında 288 oyunda 121 qol vurub. Futbolçu SSRİ kuboku uğrunda turnirdə isə 30 oyunda 15 dəfə fərqlənib.
1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasının heyətində 50 oyunda 19 dəfə fərqlənən futbolçu “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.
Əməkdar İdman Ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra "Neftçi”nin (1981-1982-ci il) məşqçisi, Mingəçevirin “Avtomobilçi” klubunun (1984-1987-ci), Burkina-Fasonun gənclərdən ibarət milli komandasının (1987-1988-ci) və “Kəpəz”in (1988-ci) baş məşqçisi olub. Burkina-Fasoda işlədiyi zaman ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl “Şöhrət” ordeni ilə təltif olunub.
Doğma klubuna - “Neftçi”yə daim sadiq qalan əfsanəvi “9 nömrə”nin sahibinin xatirəsi futbol azarkeşlərinin qəlbində daim yaşayacaq.
|
|
|
|
Xəbər 649 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|