Gənclər arasında güllə atıcılığı üzrə Bakı birinciliyi keçirilib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər.
Pnevmatik tapançadan atəşaçma yarışlarında (PTÇ-3) klubun yetirməsi İmran Qasımov 563 xal toplayaraq birinci olub. Vladislav Kalmıkov ikinci, Tamerlan Əliyev isə üçüncü yeri tutublar.
Xanım idmançıların mübarizəsində (PTÇ-2) Zeynəb Abbasova 523 xalla gümüş medala layiq görülüb. Fatimə Rzayeva (502 xal) isə paytaxt birinciliyini bürünc medalla başa vurub.