Futzal üzrə Azərbaycan milli komandası yanvarın 24-də Bakı İdman Sarayında İran yığması ilə ikinci dəfə yoldaşlıq oyunu keçirib.
Görüş 1:4 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Oyunda komandamızın yeganə qolunu Ramiz Çovdarov vurub.
Xatırladaq ki, bu komandalar arasında yanvarın 23-də Bakı İdman Sarayında keçirilən ilk yoldaşlıq oyunu 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.