Ana səhifə  |  Haqqımızda  Əlaqə
Cümə, 10 yanvar 2025, 10:30:43  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Bakıda “Olimpiya Gündəliyi-2020”yə dair seminar-konfrans işə başlayıb
Tarix: 03.10.2017 | Saat: 17:03:00 | E-mail | Çapa göndər
Oktyabrın 3-də Bakıda Avropa Milli Olimpiya akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya hərəkatının gələcəyi” mövzusunda seminar-konfrans işə başlayıb.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Akademiyaları Assosiasiyasının prezidenti, professor Manfred Leammer, vitse-prezidenti və Ukrayna Olimpiya Akademiyasının prezidenti, professor Mariya Bulatova, MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının (MOA) direktoru Ağacan Abıyev iştirak ediblər.

Tədbiri açan A.Abıyev ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. A.Abıyev, həmçinin ölkəmizdə Olimpiya hərəkatının inkişafı istiqamətində həyata keçirilən layihələrdən söhbət açıb.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə tədbirdə çıxış edərək Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması, ölkəmizin müstəqillik illərində əldə etdiyi idman uğurları, respublikamızda Olimpiya hərəkatının inkişafından danışaraq deyib: “Azərbaycan Olimpiya ideyalarına sadiq ölkədir. Gələn il ölkəmizdə Milli Olimpiya Akademiyasının yaranmasının 20 illiyi qeyd olunacaq. Beynəlxalq və Avropa Olimpiya komitələri Azərbaycana çox böyük dəyər və qiymət verir. Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 25 illiyi ilə əlaqədar MDB, Baltikyanı ölkələr və Gürcüstanın Milli Olimpiya Komitələrinin Forumu və Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası ölkəmizdə təşkil olunub. Bu da Azərbaycanda Olimpiya hərəkatının inkişafından xəbər verir. MOK-un 25 illik yubileyi münasibətilə silsilə tədbirlərə MOA-nın seminarının daxil olması da təsadüfi deyil. MOK Olimpiya hərəkatı, xüsusilə “Olimpiya Gündəliyi-2020”nin təbliği ilə fəal şəkildə məşğuldur. Buna görə də MOK-da “Olimpiya Gündəliyi-2020” Komissiyası işə başlayıb. Bu ilin əvvəlindən Komissiya “İdman hamı üçün”, “Gender bərabərliyi” şüarları altında səmərəli fəaliyyət göstərir”.

Sonra Manfred Leammer “Pyeongchang-2018 Qış Olimpiya Oyunları: Milli Birliyə addım” Koreya ümidləri və alman təcrübəsi”, Mariya Bulatova isə “Uğurlu Olimpiya idman siyasəti: keçmiş və gələcək”, Ağacan Abıyev “Olimpiya dəyərləri: Yeni qlobal mədəniyyətin əsası” mövzularında məruzələrlə çıxış ediblər.

Oktyabrın 5-dək davam edəcək tədbir çərçivəsində Olimpiya hərəkatı və oyunları, Olimpiya dəyərləri haqqında məruzələr dinləniləcək. Konfrans Avropa Olimpiya Akademiyasının dəstəyi ilə Olimpiya təhsilinin təbliği və Olimpiya idmanında elmi-tədqiqat işlərinin genişləndirilməsi məqsədini daşıyır.

Seminar–konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyidir. Sonda ən yaxşı üç məruzənin sahibi mükafatlandırılacaq. Oktyabrın 3-4-də məruzələr dinləniləcək və Avropa Olimpiya Akademiyaları Assosiasiyasının təşəbbüs iclasları keçiriləcək.
Xəbər 1613 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.05.2021 Milli Olimpiya Komitəsində Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti ilə görüş olub
17.06.2020 Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçkilər gələn ilin payızında keçiriləcək
09.06.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” tədbirlərini davam etdirir
22.05.2020 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22.05.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
18.05.2020 Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
03.05.2020 MOK yeni layihəyə start verdi
03.05.2020 MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru