Türkiyənin “Beşikdaş” klubu yeni prezidentini seçib. İdman.com.az saytının məlumatına görə, klubun növbədənkənar konfransında bu vəzifəyə Fikrət Orman seçilib. O, 4623 seçicidən 4027-nin səsini qazanaraq, “qara qartallar”ın 33-cü prezidenti olub. Yeni rəhbər 2014-cü ilin yanvarınadək “ağ-qaralar”a rəhbərlik edəcək.
Qeyd edək ki, “Beşikdaş”a 2004-cü ildən prezidentlik etmiş İldırım Dəmirörən, bu il fevralın 27-də Türkiyə Futbol Federasiyasının başçısı olub.