Çexiyanın paytaxtı Praqada gənclərin cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub.
Mötəbər birinciliyin sonuncu günü də Azərbaycan cüdoçuları üçün uğurlu olub. Gənclərdən ibarət milli komandamız aktivinə daha 2 medal yazdırıb.
Turnirdə 100 kiloqram çəki dərəcəsində yarışan cüdoçularımız - Zelim Kotsoyev və Musa Şəkərəliyev bütün rəqiblərinə qalib gələrək finala yüksəliblər. Azərbaycan duelinin qalibi Zelim Kotsoyev olub.
Beləliklə, gənc cüdoçularımız Praqada 4 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıblar.
Qeyd edək ki, 27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.