Xantı-Mansiyskdə qadınlar arasında şahmat üzrə dünya komanda çempionatının beşinci turunda Azərbaycan və Vyetnam komandalarının görüşündə hansı şahmatçıların qarşılaşacağı məlum olub.
9 turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.
Vyetnam və Azərbaycan komandalarının yarışında Zeynəb Məmmədyarova - Ti Bao Tram Xoanq, Günay Məmmədzadə - Ti Kim Punq Vo, Gülnar Məmmədova - Ti Mai Xunq və Ülviyyə Fətəliyeva – Pyonq Xan Luonq görüşləri keçiriləcək.
Dörd turdan sonra turnir cədvəlində vəziyyət: 1-2. Rusiya, Ukrayna (hər biri 7 xal), 3.Hindistan (5 xal), 4-7. Polşa, Çin, Gürcüstan, Azərbaycan ( hər biri 4 xal), 8. ABŞ (3), 9. Vyetnam (2), 10.Misir (0).
Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə.
İyunun 21-də birinciliyin beşinci turunda kişilərdən ibarət komandaların yarışında Rusiya-Norveç, ABŞ-Belarus, Misir-Hindistan, Türkiyə-Çin, Ukrayna-Polşa, qadınlardan ibarət komandaların yarışında Rusiya–ABŞ, Polşa-Ukrayna, Misir-Hindistan, Çin-Gürcüstan, Vyetnam-Azərbaycan komandaları qarşılaşacaqlar.