Azərbaycan milli komandasının oyunçusu Cihan Özqara Türkiyə Superliqasında növbəti matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, futbolçumuzun çıxış etdiyi "Sivasspor" dünən evdə "Orduspor"u qəbul edib. Hesabı həmvətənimizin komandası
açsa da, "ağ-qırmızılar" üstünlüyü tezliklə əldən verib və görüş heç-heçə bitib (1:1). Millimizin hücumçusu 64-cü dəqiqədə meydana çıxıb. Onun rəqib qapısında 1-2 təhlükə yaratmasına baxmayaraq, hesab dəyişməyib.