Bakının qadınlardan ibarət “Azərreyl” klubu daha bir oyunçusu ilə yollarını ayırıb.
Yeni mövsümdə “Çelenc Cup”da mübarizə aparacaq klub Edina Dobi ilə müqaviləni uzatmayıb. Bu səbəbdən də son 2 ildə Bakı klublarında çıxış edən 30 yaşlı macarıstanlı blokçu Azərbaycandan ayrılıb.
Qeyd edək ki, “Azərreyl” E.Dobidən öncə serbiyalı Danitsa Radenkoviçi heyətindən kənarlaşdırmışdı.