Avstriyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Çexiyanın müvafiq yaş qrupundan ibarət milli komandası ilə ikinci yoldaşlıq oyununu keçirib.
Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Mahir Mədətov fərqlənib.
Komandalar arasında keçirilən ilk oyundan millimiz 0:5 hesablı məğlubiyyətlə ayrılmışdı.