Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 01:25:43  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Ağır atletika üzrə Azərbaycan çempionatının birinci günü gərgin idman mübarizəsi ilə yadda qalıb
Tarix: 02.03.2017 | Saat: 21:58:00 | E-mail | Çapa göndər
Martın 2-də kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatına start verilib. Martın 3-dək davam edəcək yarışda ölkəmizin bütün bölgələrindən 150-dək atlet qüvvəsini sınayır.

Çempionat qadınların mübarizəsi ilə başlayıb. Yarışda Elnarə Abbasova qızıl medala sahib olub. O, ümumilikdə 190 kiloqramlıq (84+106) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib. Çempiondan az fərqlə geri qalan Səbinə Əzimova (73+94 kiloqramlıq nəticə və 250.06 xal) ikinci yerlə kifayətlənməli olub. Bürünc medala isə 170 kiloqramlıq (75+95) nəticə göstərən və 230.92 xal toplayan sumqayıtlı atlet Firuzə İbrahimova layiq görülüb.

Qadınların mübarizəsindən sonra çempionatın təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov bildirib ki, bu, cari ildə AAAF tərəfindən təşkil edilən ölkə miqyaslı üçüncü yarışdır. Federasiya ağır atletlərimizə maksimum məşq, istirahət və yarış şəraiti yaradaraq onların beynəlxalq yarışlarda uğur qazanmalarına çalışır. Bu çempionat qarşıdan gələn Avropa çempionatına, Tailandda yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli dünya birinciliyinə, ən əsası da Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyır. Bununla yanaşı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən atletlərin seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və onların beynəlxalq yarışlara hazırlanması da əsas məqsədlərdəndir.

Azərbaycanda ağır atletikanın böyük ənənələrə malik olduğunu vurğulayan T.Heydərov bildirib ki, AAAF hazırda idmanın bu növünün ölkəmizdə daha da inkişafı istiqamətində fəaliyyətini davam etdirir. O, atletlərimizin beynəlxalq yarışlarda uğurlar qazanacaqlarına, ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini diqqətə çatdıraraq, yarışın təşkilinə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra çempionat rəsmən açıq elan edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Açılış mərasimindən sonra yarışlar kişilər arasında 56 kiloqram çəki dərəcəsində mübarizə ilə davam etdirilib. Bu yarışda 225 kiloqramlıq (98+117) nəticə göstərən lənkəranlı atlet Ruslan Rzazadə birinci yeri tutub. Gümüş medala 209 kiloqramlıq (99+110) nəticə ilə lerikli Emin Mirzəyev, bürünc mükafata isə daha bir lənkəranlı atlet Rüstəm Qasımov (195 kiloqram, 88+107) layiq görülüb.

Kişilər arasında 62 kiloqram çəki dərəcəsində yarışda əsasən paytaxt atletləri güclərini sınayıblar. Bu çəki dərəcəsində 262 kiloqramlıq (120+142) nəticə ilə Allahyar Abışov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 250 kiloqramlıq (113+137) nəticə göstərən Rauf Nəbiyev ikinci, 245 kiloqramı (105+140) qaldıran Elmar Alıyev isə üçüncü yeri tutublar.

Çempionatın birinci gününün sonuncu yarışında körpücük üzərinə 69 kiloqram çəki dərəcəsində kişi atletlər çıxıblar. Goranboy təmsilçisi İsa Rüstəmov 275 kiloqramlıq (125+150) nəticə ilə qızıl medala sahib olub. Samux rayonunu təmsil edən Sənan Quliyev 266 kiloqramla (116+150) gümüş, İsmayıllıdan olan Məhəmməd Məmmədli isə 260 kiloqramlıq (115+145) nəticə ilə bürünc medallara layiq görülüblər.

Azərbaycan çempionatına martın 3-də yekun vurulacaq.
Xəbər 922 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.11.2024 Azərbaycan ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb
28.10.2024 Azərbaycan atleti Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb
16.09.2024 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı başa çatıb
21.06.2024 Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində medallar qazanıb
20.06.2024 Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub
19.06.2024 Azərbaycan idmançısı Avropa birinciliyinin qalibi olub
18.06.2024 Azərbaycan ağırlıqqaldıranı Yunanıstandakı Avropa çempionatında 3 medal qazanıb
16.06.2024 Azərbaycan idmançısı Yunanıstanda iki bürünc medal qazanıb
16.06.2024 Azərbaycan atleti Avropa birinciliyində 3 qızıl medal qazanıb
17.12.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru