Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.
Yarışın ikinci günündə - fevralın 18-də yaşı 17-dək olan oğlanlar 56 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxıblar. Burada lerikli ağır atlet İsmayıl Məmmədov 209 kiloqram (94+115) nəticə göstərib və qızıl medala sahib çıxıb. Gümüş medalı Kamran Usubov (182 kq, 81+101), bürünc mükafatı isə Əli Zeynalov (165 kq, 75+90) qazanıblar.
On beş yaşadək oğlanların 56 kiloqram çəki dərəcəsində mübarizəsində isə lənkəranlı atlet Rüstəm Qasımov 187 kiloqram (87+100) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Samir Əskərzadə 177 kiloqramla (79+98) yarışı ikinci, Novruz Muxtarlı isə 173 kiloqram (79+97) nəticə ilə üçüncü pillədə başa vurublar.