Cüdo üzrə Azərbaycan millisi 2017-ci ilin ilk “Böyük dəbilqə” turnirinə 7 idmançı ilə yollanacaq.
Fevralın 11-12-də Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.