Futbol üzrə Macarıstan yığmasının qapıçısı Qabor Kiray millidəki karyerasını başa vurub.
40 yaşlı qolkiper İsveçlə yoxlama görüşündə millidəki son oyununu keçirib. 1998-ci ildən Macarıstan millisində 108 oyunda meydana çıxan Kiray yığmada ən çox görüş keçirən futbolçudur.
Qeyd edək ki, "Avro-2016"da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub. O, hazırda Macarıstanın "Haladaş" klubunda çıxış edir.