On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.
Litvanın Marijampole şəhərindəki eyniadlı stadionda Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Murad Xaçayev fərqlənib.
Futbolçularımız qrupda son oyununu oktyabrın 9-da saat 15.00-da Litva yığmasına qarşı keçirəcək.