Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. 7-ci qrupda mübarizə aparan Azərbaycan millisi AÇ-2017-nin seçmə mərhələsində son matçına çıxacaq.
Yaşar Vahabzadənin çalışdırdığı yığmamız tsikli səfərdə başa vuracaq. Komandamız Finlandiya ilə üz-üzə gələcək. Ötən il Bakıda bu rəqibinə məğlub olan (0:1) millimiz həm də qisas almağa çalışacaq.
AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
7 oktyabr
19:30. Finlandiya – Azərbaycan
Baş hakim: Peter Kesqor-Andersen (Danimarka).
Helsinki. “Toolon” stadionu.