Sentyabrın 24-25-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan kuboku yarışları keçiriləcək.
“Zirvə” Beynəlxalq İdman Klubu pauerliftinqə təşkilati dəstəyini verməkdə davam edir.
Azərbaycanın ən güclülərinin toplaşacağı yarışda 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi ölkənin ən güclü pauerliftinqçilərinin adına aydınlıq gətirmək, həmçinin noyabrda ABŞ-ın Yeni Orlean şəhərində keçiriləcək dünya kubokuna hazırlıqdır.