“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində Moskva “Dinamo”su (Rusiya) ilə ilk matçına çıxacaq. Qəbələdə keçiriləcək ilk oyunu türkiyəli hakimlər briqadası idarə edəcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ, ilk oyun
21 sentyabr
19:00. “Qəbələ” – “Dinamo” (Moskva)
Hakimlər: Alper Ulusoy, İbrahim Bozbey, İlker Takpak (hamısı Türkiyə).
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan).
Qəbələ şəhər stadionu.