Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
03/08 | 19:09 Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirib
03/08 | 18:30 “Zirə” klubuna yeni prezident təyin olunub
03/08 | 17:41 Çağırış kuboku: “Azərreyl”in rəqibi avqustun 21-də müəyyənləşəcək
03/08 | 17:29 Milli komandamızın təlim-məşq toplanışının vaxtı müəyyənləşib
03/08 | 16:14 “Keşlə” və “Səbail” yoxlama oyununda üz-üzə gələcəklər
03/08 | 15:55 “Arsenal” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır
03/08 | 15:31 “Barselona” Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir
03/08 | 11:30 "Sabah" klubu Ramil Şeydayev ilə müqaviləni yeniləyib
03/08 | 10:19 Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib
03/08 | 09:00 FİFA-nın prezidenti istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq
02/08 | 15:10 Yaşar Məmmədov - 85
02/08 | 11:22 İtaliya A Seriyası: “Milan”, “İnter”, “Napoli” və “Roma” qələbə qazanıb
02/08 | 10:16 "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb
01/08 | 23:51 Futbol üzrə İngiltərə kubokunun qalibi müəyyənləşib
01/08 | 19:24 Ümumdünya Şahmat Olimpiadası davam edir
01/08 | 15:28 “Zirə” klubu “Qarabağ”ın futbolçusunu icarəyə götürüb
01/08 | 14:04 Qızıl fitli iki hakimimizdən biri
01/08 | 12:44 Paulo Dibala İtaliyada ötən ayın ən yaxşı futbolçusu seçilib
01/08 | 11:30 Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib
01/08 | 10:14 Millimizin baş məşqçisi nikaraqualı gimnastı sevindirəcək hədiyyə edib
31/07 | 18:22 30 paraşütçü Latviya rekordunu təyin etməyə hazırlaşır
31/07 | 17:46 FIDE yeni reytinq siyahısını açılayıb
31/07 | 15:54 İdmana məhəbbətlə
31/07 | 13:47 Formula 1: “Racing Point” komandasının pilotu koronavirusa yoluxub
31/07 | 11:03 Bu gün Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları start götürəcək
31/07 | 10:10 “Neftçi” baş məşqçisi Füzuli Məmmədov ilə yeni müqavilə bağlayıb
30/07 | 19:24 AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib
30/07 | 17:04 “Neftçi”nin sabiq futbolçusu Uqo Barqas karyerasını Argentinada davam etdirəcək
30/07 | 16:19 Futbol klublarına maliyyə yardımı ilə bağlı qərarlar qəbul olunub
30/07 | 15:57 “Real Madrid” ən bahalı futbol brendlərinin siyahısına başçılıq edir
30/07 | 15:25 Gənclər arasında atletika üzrə dünya çempionatı 2021-ci ilin avqustunda keçiriləcək
30/07 | 14:53 “Zirə” klubu serbiyalı futbolçu ilə ikiillik müqavilə imzalayıb
30/07 | 14:29 Ən çox penalti qaçıran futbolçuların siyahısı açıqlanıb
30/07 | 11:35 “Milan” səfərdə “Samdoriya”nı böyük hesabla məğlub edib
30/07 | 10:30 “Sumqayıt” klubu legioneri ilə müqaviləni yeniləyib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Ağacan Abiyev: Bir gümüş, bir bürünc medal komandamız üçün yaxşı göstəricidir MÜSAHİBƏ
Tarix: 24.08.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər
İdman üzrə dördilliyin növbəti zirvə yarışı tarixin daha bir şanlı səhifəsinə çevrildi. Müstəqil Azərbaycan özünün olimpiadalar tarixində ən böyük nailiyyətini qazandı. Təmsil olunduğumuz idman növləri arasında boksda uğurlu nəticəmizi xüsusi qeyd etməliyik. Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyevlə görüşüb komandamızın çıxışı ilə bağlı fikirlərini bölüşməsini xahiş etdik.

- Ağacan müəllim, müstəqil Azərbaycanın milli yığması olimpiya oyunlarında növbəti çıxışını etdi. Rio Olimpiadasında komandamızın iştirakı ilə bağlı nə deyə bilərsiniz?


- Növbəti olimpiada yeni imkanlarımızı üzə çıxardı. 56 idmançıdan 18-i medal qazandı. Əgər ötən olimpiya oyunlarıında 2-3 idman növündə medal əldə etmişdiksə, bu dəfə medal əldə edilən növlərin sayı 5-ə çatdı. İlk dəfə medal qazandığımız taekvondoda biri qızıl olmaqla birdən-birə üç medal əldə etdik. Ənənəvi idman növlərindən başqa, avarçəkmə kimi yeni olan növdə də tarixi nailiyyətə imza atdıq. Bundan başqa, cüdo, güləş, boks idman növlərində də böyük uğurlar əldə etdik. Bütün bunlar Azərbaycanda Olimpiya hərəkatının yüksək səviyyədə inkişafından xəbər verir.

- Boksçularımız bu olimpiadada çox güclü heyətlə təmsil olunmuşdular. Komandamızın tərkibində olimpiya mükafatçıları, dünya və Avropa çempionları var idi. Sizcə dəri əlcək ustalarımız ümidləri doğrultdular?

- Əlbəttə. Boksçularımız ötən olimpiya oyunlarındakı medalların keyfiyyətində müsbətə doğru dəyişiklik etdilər. Bir gümüş, bir bürünc medal komandamız üçün yaxşı göstəricidir. Düzdür, nəticələr daha yüksək ola bilərdi. Bunun üçün zəmin və əsaslar da var idi. İdmançılarımızdan ikisi, ya da üçü döyüşlərini, ola bilər, yaxşı qurmadılar. Rəqibləri onlardan həm titullarına, həm də imkanlarına görə geri qalırdılar. Amma əldə edilən nəticə uğurludur. Ümumiyyətlə, olimpiya oyunlarında zəif idmançı iştirak etmir. Bunu zaman-zaman yarışlardakı sürprizlər də sübut edir. Bir də görürsən ki, ən güclü idmançı zəif hesab etdiyi rəqibə uduzur. İdmanın özəlliyi də elə bundadır.

- Qeyd etdiniz ki, idmanın özəlliyi, həm də sürprizlərlə zəngin olmasındadır. Azərbaycan yığması üçün belə sürprizlər oldumu?

- Əlbəttə. Yığmamızın üzvü Kamran Şahsuvarlı bizim üçün yeni kəşf idi. Yarışlarda rəqibləri kifayət qədər güclü, adlı-sanlı boksçular idilər. Qazaxıstanın dünya çempionuna, Rusiyanın Avropa çempionuna qalib gəldi. Bürünc medal qazanana qədər ciddi görüşlər keçirdi. Son döyüşdə kubalı idmançı ilə qarşılaşmadan məğlub ayrıldı. Düşünürəm burada psixoloji amillər də mühüm rol oynadı. Ümumiyyətlə, kubalıların adı gələndə gənc boksçular çəkinirlər. Onlar döyüşlərdə bərkiməlidirlər ki, bu cür ciddi rəqiblərin öhdəsindən gəlsinlər. Ümumilikdə, Kamranın çıxışını yüksək qiymətləndirirəm.

- Uzun müddət boks üzrə dünyanın ən nüfuzlu yarışlarında hakimlik etmisiniz. Eləcə də Olimpiya Oyunlarında boks yarışlarının baş hakimi kimi ədaləti qorumusunuz. Rio Olimpiadasında hakimliklə bağlı nə deyə bilərsiniz?

- Ümumiyyətlə, boks yarışları son vaxtlar ən çox qalmaqal baş verən idman növü kimi diqqətdədir. Burada rinq hakimləri mühüm rol oynayır. Rinq hakimləri idmançıya çox yaxın olduqları üçün baş verənləri daha aydın görə bilirlər. Onlar idmançının sağlamlığını həkimlərdən daha çox qoruya bilərlər. Rinq hakimi ağır zərbədən sonra döyüşü dərhal dayandırmalıdır. Dünya çempionatında hakimin diqqətsizliyindən M. Məcidov rəqibini dərin nokauta saldı. İdmançımız onsuz da xal hesabı ilə qabaqda idi. Rəqibini noqdauna salmışdı. Hakim yarışı dayandırıb bir qədər gözləyə bilərdi. Amma saxlamadı və növbəti zərbə nokautla nəticələndi. Bu dəfə bu hal idmançımızın özü ilə baş verdi.

Məhəmmədrəsul Məcidovun, demək olarki, bəxti gətirmədi. Belə idmançılar olur. Onlar güclü olsalar da zədələrinə görə döyüşü davam etdirə bilmirlər. Məcidovun qaşı partladığı üçün döyüşdən kənarlaşdırıldı. O daha əvvəl I Avropa Oyunlarında zədə almışdı. Rəqibi başla üzünə zərbə endirmiş, almacıq sümüyünü sındırmışdı. Bu çox ciddi zədə idi. Belə oluqda idmançılar psixoloji gərginlik də keçirirlər ki, bu da mübarizəyə mane olur.

Ümumiyyətlə, belə zədələr çox zaman hakimlərin səhlənkarlığı üzündən baş verir. Son vaxtlar belə bir tendensiyaya üstünlük verirlər. Peşəkarlarda olduğu kimi, döyüşlərin gərgin keçirilməsinə səy göstərirlər. Guya bu zaman boks daha baxımlı və maraqlı olur. Digər tərəfdən peşəkarların həvəskarlarla eyni rinqi bölüşmələri də düzgün deyil. Həvəskar və peşəkar boks qaydalarına görə ciddi fərqlənirlər. İlk olimpiada idi ki, boksçular maskasız döyüşürdülər. Qeyd edim ki, boksçuların dəbilqədə döyüşmələri bir sıra ciddi zədələrin qarşısını almaqda mühüm əhəmiyyətə malik idi. Şübhəsiz, bununla bağlı AİBA ölçü götürməlidir.

- Yığma komandanın hazırkı forması ilə bağlı nə deyə bilərsiniz?

- Komandanın yarıdan çoxu hələ gəncdir. Karyeralarını davam etdirə bilərlər. Bundan başqa, yeniyetmə və gənclərdən ibarət komandalarımızda da istedadlı boksçular yetişir. Onların öz peşəkarlıqlarını artırmaları üçün hər bir şərait var.
2009-cu uldə Kəmaləddin Heydərov Boks Federasiyasının prezidenti seçildikdən sonra bu növün inkişafı istiqamətində böyük işlər görülüb.

Müstəqillik dövründə qazandığımız 5 qızıldan 3-ü məhz, son illər əldə edilib. Qeyd edim ki, boks ustalarımız komanda hesabında 2011-ci ildə Bakıdakı dünya çempionatında "üçlük"də təmin etdiyi yeri Qazaxıstan və Qətərdə keçirilən dünya çempionatlarında da qoruyub saxladılar. Şübhəsiz, bu nailiyyətlər ötən illər boksun inkişafı istiqamətində görülən işlərin bəhrəsidir.

Bakıda və bölgələrdə müasir bazaların inşa edilməsi güclü potensiala malik idmançıların yetişməsinə səbəb olub. Demək olar ki, əksər bölgələrimizdə həm yarışlar, həm də məşqlərin keçirilməsi üçün hər cür imkan var.

Boks elə bir idman növüdür ki, onunla məşğul olan kiçik yaşlarından fiziki hazırlığını artırmalıdır. Yeniyetməlikdən Avropa və dünya çemponatlarında iştirak etməli, böyük yarışlarda bərkiməlidir. Bu mərhələlərdən keçən idmançılar böyüklər arasında yarışlarında qələbə qazana bilərlər. Yeniyetmə və gənclərin yarışlarında iştirak etməyən boksçular üçün birdən-birə kişilər arasında mübarizə aparmaq çətin olur. Belə yarışlarda uğur qazanan idmançıları hamı tanıdığı üçün rəqiblər də onlardan çəkinirlər.
Təbii ki, yaradılan şərait komandamızın dünyanın ən güclü yığmaları sırasında bundan sonra da yer almasına səbəb olacaq.

Müsahibəni apardı,
Leyla QURBANOVA


Xəbər 1288 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
16.04.2020 "Əminəm ki, superblits turnirində şahmatçılarımız öz potensiallarından maksimum istifadə edəcəklər"
03.04.2020 "Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
02.04.2020 Sambo üzrə yığma komandanın baş məşqçisi: İdmançıların çəkilərinə, məşqlərinə nəzarət olunur
31.03.2020 Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
29.03.2020 Əli Fərəcov: Jurnalist fəaliyyətimin 25 ili “İdman” qəzeti ilə bağlıdır
05.10.2018 Cari ilin doqquz ayı ərzində “Təhsil” İdman Mərkəzinin 2 saylı RİOEUGİM yetirmələri 262 medal qazanıblar
27.10.2017 Ağacan Abiyev: “Pis oxusam məni boksa qoymayacaqdılar”
20.08.2016 Cəbrayıl Həsənov: Ötən olimpiadanın acı xatirəsi mənə güc verdi
20.08.2016 Hacı Əliyev: Hiss edirdim ki, son anlarda lazım olan fəndi tətbiq edəcəyəm
20.08.2016 Lorenso Sotomayor: Yalnız qızıl medal düşünürəm


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru