Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
12/06 | 12:17 Cüdo üzrə kişilərdən ibarət milli komanda Qusarda təlim-məşq toplanışını davam etdirir
12/06 | 11:32 “Grand Chess Tour”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ABŞ təmsilçiləri ilə mübarizə aparacaq
12/06 | 11:07 Roland Garros: finalda Novak Cokoviç və Stefanos Tsitsipas qarşılaşacaq
12/06 | 10:54 Daha iki karateçimiz Parisdə Olimpiya lisenziyalı turnirdə mübarizəyə başlayır
12/06 | 10:13 “Gelfand Challenge”: Günay Məmmədzadə növbəti 5 turda mübarizə aparıb
12/06 | 01:19 Avropa çempionatının açılış matçı İtaliya millisinin qələbəsi ilə başa çatıb
11/06 | 23:45 Daha bir karateçimiz olimpiadaya lisenziya qazandı
11/06 | 23:09 Türkiyə-İtaliya oyunu ilə futbol üzrə 16-cı Avropa çempionatına start verilib
11/06 | 22:59 AVRO-2020-nin açılış mərasimi olub
11/06 | 21:03 Karateçimiz Olimpiya lisenziyası uğrunda mübarizə aparacaq
11/06 | 20:44 “Grand Chess Tour”: Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edərək liderliyini qoruyub
11/06 | 19:55 BMT-nin sabiq baş katibi Pan Gi Mun yenidən BOK-un Etika Komissiyasının sədri vəzifəsinə seçiləcək
11/06 | 19:17 Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıblar
11/06 | 18:53 AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının rəhbəri ilə görüşüb
11/06 | 18:11 “Neftçi” klubu qapıçısı Səlahət Ağayevlə yollarını ayırıb
11/06 | 17:55 Karateçilərimiz Olimpiya lisenziyalı turnirdə mübarizəyə başlayıblar
11/06 | 16:47 Uels millisi Bakıda ilk oyun öncəsi son məşqinə çıxdı
11/06 | 16:41 Ağdamın “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib
11/06 | 16:32 “Qəbələ” klubu doqquz futbolçu ilə yollarını ayırıb
11/06 | 16:20 Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız başa vurub
11/06 | 16:09 Tomas Bax: Tokioda Olimpiya Oyunları mütləq keçiriləcək
11/06 | 15:58 Tokio-2020: Olimpiyaçılarımızın peyvəndləmə prosesinə başlanıldı
11/06 | 15:50 “Avro-2020”: İsveçrə yığması Bakıda Uels ilə oyundan əvvəl son məşqini keçirib
11/06 | 15:21 Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə start verilib
11/06 | 15:09 “Gelfand Challenge”: Şahmatçımız Günay Məmmədzadə növbəti 5 turda iştirak edəcək
11/06 | 15:00 Bakıda "Qarabağ Azərbaycandır!" futbol turniri start götürdü
11/06 | 14:38 "Sumqayıt" klubu 2 futbolçusu ilə vidalaşdı
11/06 | 13:59 Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq
11/06 | 13:25 "Sumqayıt" futbolçusu ilə müqaviləni uzatdı
11/06 | 11:48 AVRO-2020-nin təqvimi
11/06 | 10:40 Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayıb
11/06 | 10:00 “Qəbələ” klubu “Gənclər kuboku”nun qalibi olub
11/06 | 09:11 Bu gün futbol üzrə 16-cı Avropa çempionatına start götürəcək
10/06 | 23:02 “Gelfand Challenge”: Günay Məmmədzadə turnir cədvəlində 3-cü yerə yüksəlib
10/06 | 22:34 Futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək Bakıda personajların keçidi olub
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Neftçi 28 18 5 5 47-25 59
2 Qarabağ 28 16 9 3 64-18 57
3 Sumqayıt 28 10 9 9 30-31 39
4 Zirə 28 8 14 6 28-28 38
5 Sabah 28 7 8 13 28-38 29
6 Keşlə 28 5 11 12 25-40 26
7 Qəbələ 28 5 11 12 23-44 26
8 Səbail 28 5 9 14 21-42 24
 Dünya kuboku-2022. Seçmə mərhələ. “A” qrupu
N: Komandalar O Q H M T/F X
1 Portuqaliya 3 2 1 0 6-3 7
2 Serbiya 3 2 1 0 7-5 7
3 Lüksemburq 2 1 0 1 2-3 3
4 İrlandiya 2 0 0 2 2-4 0
5 Azərbaycan 2 0 0 2 1-3 0
"Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
Tarix: 03.04.2020 | Saat: 14:23:00 | E-mail | Çapa göndər
Fərid Abbasov “azsport.az” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Dünyada geniş yayılan koronavirusla bağlı şahmat yarışları təxirə salınıb. Həmin yarışların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat varmı?

- Hazırda yarışların tarixi ilə bağlı qeyri-müəyyənlik yaranıb. İstər Azərbaycan Şahmat Federasiyası, İstərsə də Beynəlxalq Şahmat Federasiyası tərəfindən qərarlar veriləndən sonra təxirə salınmış yarışların tarixi ilə bağlı suallara cavab vermək olar.

- Komanda üzvlərinin məşqləri necə keçir. Hazırlaşa bilirlərmi?

- Bizdə hər zaman 90 faiz internet üzərindən, xüsusilə də fərdi dərslər olurdu. Müasir tələblərə görə, qrup dərslərinin də tam əksəriyyətini internet üzərindən təşkil etmişik. İnternet üzərindən yarımqrup dərslərinin təcrübəsi artıq bizdə çoxdan vardır. Neçə illərdir ki, digər ölkələrdə, müxtəlif şəhərlərdə yaşayan şagirdlərlə internet üzərindən qrup şəklində çalışmalarımız var.

- Yığma komandada hazırda vəziyyət necədir? Fərdi tələbələrinizlə canlı olaraq məşğələlərin keçirilməməsi onların mükəmməl hazırlığına mane olmur ki?

- Yığma komandaya aid olan məsələlərdə fərdi tələbələrimizlə daimi bağlantı var. İnternet hazırda bir çox şeyləri əvəz edir, hətta bir çox hallarda yola sərf olunan zaman itkisinə yol verilmir. Texniki baxımdan nəyisə göstərmək lazımdırsa, virtual şəkildə, bəlkə də canlı görüşdən 30 faiz daha çox göstərə bilirik. Əzmkarlıqla çalışan uşaqlara tərəfimdən daha çox diqqət ayrılır. Buna qədər də işimizin 90-95 faizi internet üzərindən olub. Müasir tələb bundan ibarətdir. İstər hazırlıq, istər ev tapşırığı internet üzərindən olub. Yeganə dəyişən odur ki, qarşıda oynayacağımız yarışların tarixləri bilinmir.

- Yarışların tarixinin qeyri-müəyyənliyi yetirmələrinizi ruhdan salmır ki?

- Burda ruhdan düşməyə bir səbəb yoxdur. Zamanla keçici bir durğunluqdur. Hazırlıq prosesi olmalıdır, çalışmaq lazımdır. Əslində, hesab edirəm ki, şahmatçılar üçün gözəl bir fürsətdir. Orta məktəb tərəfindən heç kim sıxılmır, şagirdlər dərsə getmirlər. Şahmata ayıracaq kifayət qədər vaxt var. Sadəcə olaraq özlərini qorumalıdılar və şahmatla məşğul olmalıdırlar.

- Tələbələrinizə hansı məsləhət və tövsiyələrinizi verə bilərsiniz?

- Bir müddətdən sonra həyat öz axarına düşəcək. Şahmatçılardan kim vaxt itirirsə, əlbəttə bunun peşimançılığını çəkəcək. Əksinə, indi məşğul olmaq, yarışlara indi hazırlaşmaq lazımdır. Bəzi şahmatçılar elə düşünürlər ki, yarış ərəfəsində hazırlaşarlar. Elə bir dahi şahmatçı yoxdur ki, yarış vaxtı turnirə hazırlaşsın. Yarışa vaxtında hazırlaşmaq lazımdır. Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər. Koronavirus pandemiyasının qarşısının alınması üçün dövlət tərəfindən bütün tədbirlər görülür. Valideynlərə tövsiyəm budur ki, övladaları üçün daha çox çalışsınlar.

Bəsti SABİRQIZI

Xəbər 467 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.01.2021 Azərbaycan əsilli amerikalı xokkeyçi: “MHL-də oynamaq mənim arzumdur” - MÜSAHİBƏ
24.08.2020 Ayxan Abbasov: “Sumqayıt” əsl peşəkar futbolçuları Azərbaycan futboluna bəxş edəcək”
16.04.2020 "Əminəm ki, superblits turnirində şahmatçılarımız öz potensiallarından maksimum istifadə edəcəklər"
02.04.2020 Sambo üzrə yığma komandanın baş məşqçisi: İdmançıların çəkilərinə, məşqlərinə nəzarət olunur
31.03.2020 Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
29.03.2020 Əli Fərəcov: Jurnalist fəaliyyətimin 25 ili “İdman” qəzeti ilə bağlıdır
05.10.2018 Cari ilin doqquz ayı ərzində “Təhsil” İdman Mərkəzinin 2 saylı RİOEUGİM yetirmələri 262 medal qazanıblar
27.10.2017 Ağacan Abiyev: “Pis oxusam məni boksa qoymayacaqdılar”
24.08.2016 Ağacan Abiyev: Bir gümüş, bir bürünc medal komandamız üçün yaxşı göstəricidir MÜSAHİBƏ
20.08.2016 Cəbrayıl Həsənov: Ötən olimpiadanın acı xatirəsi mənə güc verdi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Azad Rəhimovun yolu...
BATI YAR
batyyar@mail.ru
Beynəlxalq ictimaiyyətin başsağlığı məktublarında canlanan obraz
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru