AFFA-nın XXIII hesabat-seçki konfransı ilə əlaqədar Azərbaycanda olan UEFA-nın baş katibi Teodor Teodoridis ölkəmizə növbəti səfəri zamanı Lənkərana gedəcək.
Hesabat-seçki konfransı çərçivəsində “Xəzər-Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov ilə UEFA-nın baş katibi Teodor Teodoridisin görüşündə bu barədə razılıq əldə edilib.
Görüşdə UEFA-nın baş katibinə “Xəzər-Lənkəran” klubunun tarixi, infrastrukturu, fəaliyyəti və futbol akademiyasının nailiyyətləri barədə ətraflı məlumat verilib.