Martın 12-13-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan çempionatı keçiriləcək. Turnirin bu məkanda keçirilməsi artıq ənənə halını alıb.
“Zirvə” Beynəlxalq İdman Klubu tərəfindən keçiriləcək yarışda 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaq.
Azərbaycanın ən güclü idmançılarının qatılacağı yarış Rostov və Mançester şəhərlərində keçiriləcək Avropa çempionatlarına seçmə və hazırlıq xarakteri daşıyacaq.