Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
36 |
26 |
5 |
5 |
97-37 |
83 |
2 |
Zirə |
36 |
16 |
10 |
10 |
33-22 |
58 |
3 |
Sabah |
36 |
17 |
7 |
12 |
50-40 |
58 |
4 |
Sumqayıt |
36 |
15 |
12 |
9 |
37-38 |
57 |
5 |
Neftçi |
36 |
16 |
8 |
12 |
51-40 |
56 |
6 |
Turan Tovuz |
36 |
13 |
9 |
14 |
53-53 |
48 |
7 |
Səbail |
36 |
11 |
9 |
16 |
50-60 |
42 |
8 |
Araz-Naxçıvan |
36 |
9 |
9 |
18 |
31-50 |
36 |
9 |
Kəpəz |
36 |
9 |
8 |
19 |
39-67 |
35 |
10 |
Qəbələ |
36 |
7 |
5 |
24 |
30-64 |
26 |
|
|
|
Azərbaycanın “Gilan” taekvondo klubunun idmançıları Türkiyədəki klublararası Avropa çempionatının qalibi olublar |
|
Tarix: 19.02.2016 | Saat: 12:26:00 | E-mail | Çapa göndər
|
|
Azərbaycan taekvondoçuları Türkiyədə keçirilən dördüncü klublararası Avropa çempionatının ilk günündə uğurla çıxış ediblər.
Antalyada təşkil edilən qitə birinciliyində ölkəmizi təmsil edən “Gilan” klubunun idmançıları yarışın ilk günündə 2 qızıl, 3 gümüş və 2 bürünc, ümumilikdə isə 7 medal qazanıblar.
Kişilər arasında komanda hesabında birinci pilləyə sahib olan “Gilan” klubunun baş məşqçisi Elnur Amanovun yetirmələrindən Zəlimxan Rəşidov (58 kq) və yığma komandanın heyətində son dünya kubokunun sahibi Məhəmməd Məmmədov (63 kq) rəqiblərinə şans verməyərək qızıl medala yiyələniblər.
Birinci Avropa Oyunlarının qalibləri Ayxan Tağızadə (68 kq) və Radik İsayev (87 kq-dan yuxarı), eləcə də Namaz Heydərov (74 kq) finalda məğlub olaraq gümüş medala layiq görülüblər.
Klubun digər üzvlərindən Məcid Sofiyev (54 kq) və Milad Beigi Hərçəqani (80 kq) yarımfinalda uduzaraq bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, növbəti iki gün ərzində müvafiq olaraq, “Gilan”, “Sumqayıt” klublarının və “Təhsil” Respublika İdman Mərkəzinin gənc və yeniyetmə idmançıları qüvvələrini sınayacaqlar.
|
|
|
|
Xəbər 1170 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|