Futzal üzrə Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında səkkizinci olub. Tino Peresin çalışdırdığı yığmamız 1/4 finalda Rusiyaya 2:6 hesabıyla uduzaraq, mübarizəni dayandırdı.
1/4 finalda uduzan digər komandalar son Avropa çempionu İtaliya, eləcə də Ukrayna və Portuqaliyadır. Lakin top fərqi nəzərə alınmaqla, Azərbaycan qitə birinciliyinin səkkizincisi olub.