Futbol üzrə Azərbaycan yığmasının yoldaşlıq oyunundakı rəqibi müəyyənləşib.
Millimiz 2016-cı ildə ilk matçını Qazaxıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Baş məşqçi Robert Prosineçkinin yetirmələri Qazaxıstan millisi ilə martın 26-da qarşılaşacaqlar.
Oyunun başlama vaxtı və matçın keçiriləcəyi stadion yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, millimiz martın 21-dən 27-dək Antalyada təlim-məşq toplanışında olacaq.