FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirin qrup mərhələsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirib.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda Sloveniyanın U-19 komandası ilə qarşılaşan komandamız 0:4 hesabı ilə məğlub olub.
Qrupda keçirdiyi 3 oyundan 4 xal toplayan yığmamız bu mərhələni 3-cü pillədə başa vurub.
Futbolçularımızın növbəti mərhələdə qarşılaşacağı komanda turnirdə yanvarın 9-da keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.