Böyüklər arasında boks üzrə Azərbaycan çempionatında növbəti gün arxada qalıb. Yarışın üçüncü günündə 39 döyüş keçirilib.
49 və 60 kiloqram çəki dərəcələrində 1/4 final qarşılaşmaları olub və yarımfınalçılar müəyyənləşib. Digər çəkilərə gəlincə, 52, 56, 64, 81 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində idmançıların yarışında 1/8 final görüşləri keçirilib.
Dekabrın 29-dək davam edəcək yarışda 200-dən artıq kişi və qadın idmançı mübarizə aparır. Paytaxt və regionları təmsil edən komandaların heyətində çıxış edən idmançılar on çəki dərəcəsi üzrə qalib və mükafatçıları müəyyənləşdirirlər.