Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.
Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində yığmamız İsveçlə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20.00-da başlayacaq və CBC Sport televiziya kanalında canlı yayımlanacaq qarşılaşmanı adları aşağıda göstərilən hakimlər idarə edəcək:
Qabor Kovaç (Macarıstan), Trayan Ençev (Bolqarıstan), Vladimir Kadıkov (Rusiya).