Noyabrın 12-də 19 yaşadək futbolçular arasında “Avro-2016”nın seçmə mərhələsində millimizin yer aldığı beşinci qrupda 2-ci turun ilk oyunu keçirilib.
Bayıl stadionunda Bosniya və Herseqovina yığması Ukrayna millisi ilə qarşılaşıb.
Norveçlı baş hakim Tore Hansenin idarə etdiyi oyun Ukrayna futbolçularının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İki turda iki qələbə ilə Ukrayna millisi 5-ci qrupun aşkar lideri olub.