"Real"ın prezidenti Florentine Peres yanvar ayında "Mançester Yunayted"in qapıçısı David de Xeanı transfer edəcəkləri ilə bağlı iddialara münasibət bildirib.
O, ispan qolkiper üçün bir daha "MY" ilə danışıqlar aparmayacağını deyib:
"De Xeanı transfer etmək üçün əlimizdən gələni etdik. Ancaq son anda "Mançester Yunayted"in təcrübəsizliyinin qurbanı olduq. Dəqiq olaraq deyə bilərəm ki, de Xeanı yanvar ayında heyətimizə cəlb etməyəcəyik".