"Şahmat Evinin tikintisi üçün layihə hazırdır, amma münasib yer axtarırıq".
Bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bildirib.
E.Rüstəmov federasiyanın hazırda yeni dövlət proqramı barədə düşündüyünü qeyd edib:
"Əvvəlki proqram çox böyük səmərə verdi. Hazırda yeni dövlət proqramı barədə düşünürük. Şahmat Evinin tikintisi üçün layihə hazırdır, amma münasib yer axtarırıq ki, Şahmat Evini tikək. İstəyirik ki, şahmatçıların gediş-gəlişi üçün əlverişli məkanda olsun".