İspaniya Futbol Federasiyası (RFEF) İngiltərə ilə yoldaşlıq görüşünü Madriddə deyil , Alikantedə keçirmək qərarına gəlib.
Əvvəlki plana əsasən oyun noyabrın 14-də Santyaqo Bernabeuda keçirilməliydi. Lakin azarkeşlərin Barselonanın müdafiəçisi Jerar Pikeni fitə basmasına görə dəyişiklik edilib.
Oyun noyabrın 13-də Xose Rkos Peres stadionunda baş tutacaq.