Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çər. axşamı, 7 yanvar 2025, 22:36:15  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
AGF I vitse-prezidentinin təklifi BOK tərəfindən qəbul edildi
Tarix: 26.08.2015 | Saat: 13:31:00 | E-mail | Çapa göndər
Yeniyetmələrin III Yay Olimpiya Oyunları 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyalardan gələn təklifə əsasən yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirakçı idmançıların sayını artırmaq barədə qərar qəbul edib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü cənab Namiq Əliyev bir müddət öncə qurumun iclasında yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləş idmanı üzrə iştirakçıların sayının artırılması barədə təkliflə çıxış edib. Bu təklif İdarə Heyəti üzvləri və DGB Prezidenti cənab Nenad Laloviç tərəfindən də müsbət qarşılanıb və BOK rəhbərliyi qarşısında bu məsələni qaldırmaq barədə razılıq əldə edilib.

Beləliklə, bir neçə gün öncə keçirilmiş BOK İdarə Heyətinin növbəti iclasında bu məsələ müzakirə edilib və öz məntiqi həllini tapıb. Belə ki, 2018-ci ildə Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarında çəki dərəcələri hər bir növdə 6 çəki olmaqla, 18-ə çatdırılıb. Buna qədər bu say 14 idi. 5 çəkidə sərbəst, 5 çəkidə yunan-Roma, 4 çəki dərəcəsində isə qadın güləşi üzrə yarışlar keçirilirdi.

Bu qərarın qəbulundan sonra Dünya Güləş Birliyinin Prezidenti cənab Nenad Laloviç Azərbaycan Güləş Federasiyasına məktub ünvanlayaraq AGF I vitse-prezidenti, DGB İdarə Heyətinin üzvü cənab Namiq Əliyevi təbrik edib, dünyada güləşin davamlı inkişafı üçün verdiyi təklifə və birgə əməkdaşlığa görə təşəkkür edib.

Yeniyetmələrin Yay Olimpiya Oyunlarının güləş yarışlarında çəki dərəcələrinin sayının artırılmasına münasibət bildirən AGF I vitse-prezidenti cənab Namiq Əliyev artıq bir neçə ildir ki, bu məsələnin müzakirə edildiyini deyib.

"Biz neçə il idi ki, bu təklifi vermişdik və müzakirələr gedirdi. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təklifimiz müsbət dəyərləndirildi və yeniyetmələrin Yay Olimpiya Oyunlarında çəki dərəcələri artırıldı. Bu, Azərbaycan üçün çox yaxşıdır. Bundan sonra daha çox medal qazanmaq imkanımız olacaqk".

Xatırladaq ki, 2010-cu ildə Sinqapurda, 2014-cü ildə Nanjinqdə keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında hər bir ölkə güləş yarışlarında maksimum 5 idmançı ilə (2 sərbəst, 2 yunan-Roma, 1 qadın) təmsil oluna bilirdi. Güləşçilərimiz maksimum sayda lisenziya əldə edərək yeniyetmələrin həm birinci, həm də ikinci Yay Olimpiya Oyunlarında tam heyətlə iştirak edib, Sinqapurda 4 qızıl və 1 gümüş, Nanjinqdə isə 3 qızıl və 2 gümüş medal qazanıb.
Xəbər 994 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.11.2024 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
15.11.2024 Azərbaycanın idman gimnastları Özbəkistanda 5 medal qazanıblar
14.11.2024 İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanda bürünc medal qazanıb
29.10.2024 Azərbaycan gimnastları Gimnaziadada ikinci və üçüncü yerləri tutublar
28.10.2024 Azərbaycan gimnastları Almaniyada birinci və ikinci yeri tutublar
27.10.2024 Azərbaycan gimnastları Almaniyada iki qızıl medal qazanıblar
26.10.2024 Azərbaycan gimnastları Gimnaziadada gümüş medal qazanıblar
16.10.2024 Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib
13.10.2024 Azərbaycan gimnastı Xorvatiyada bürünc medal qazanıb
30.09.2024 Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru