Ölkəmizin yeganə EHF nümayəndəsi İsgəndər Əsgərov yeni təyinat alıb. Mütəxəssis, sentyabrın 6-da Bolqarıstanın Burqos şəhərində keçiriləcək Avropa Həndbol Federasiyasının kuboku uğrunda yarışın 1-ci təsnifat mərhələsinin ilk görüşündə kişilər arasında yerli “Freqata” və “BESA Famiglia” (Kosovo) klublarının oyununda hakimlərə nəzarət edəcək.
Matçın referiləri İtaliyadandır. Bunlar Roberto Skevola və Tal Alperan cütüdür.