Yanvarın 22-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının VI turunun oyunlarını idarə edəcək hakimlərin adları məlum olub. İdman.com.az saytının məlumatına görə, turun mərkəzi görüşü - «Azərreyl» - «Bakı» matçı beynəlxalq dərəcəli referi Eldar Zülfüqarova tapşırılıb. Ona Səbuhi Əliyev kömək edəcək.
Bütün matçlar Bakı İdman Sarayında keçiriləcək.
22 yanvar
VI tur
14:00. «Azərreyl» – «Azəryolservis»
Hakimlər: Murad Abdurahmanzadə, Ceyhun İsmayılov
16:00. «Azərreyl» – «Bakı»
Hakimlər: Eldar Zülfüqarov, Səbuhi Əliyev
18:00. «İqtisadçı» – «Lokomotiv»
Hakimlər: Konstantin Selin, Vüqar Cəfərov