Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Sabirabadda Bakı 2015 Alov Festivalı keçirilib
Tarix: 07.05.2015 | Saat: 10:31:00 | E-mail | Çapa göndər
Sabirabadda Bakı 2015 Alov Festivalı keçirilib

Birinci Avropa Oyunlarının məşəlinin Azərbaycanın bölgələrinə səyahətinin 10-cu günü ölkənin iki nəhəng çayının – Kürlə Arazın qovuşacağının yerləşdiyi rayonda tamamlandı. Amma əvvəlcə o, Saatlı rayonunun qonağı oldu. Ərazisi düzənlik və dəniz səviyyəsindən 28 metr aşağı olan rayon hələ qədim daş dövründən, əlverişli iqlimi və təbii şəraitinə görə, insan məskəni olub. Həmin şəraitin rayonun kənd təsərrüfatında əhəmiyyəti bu gün də danılmazdır.

1943-cü ildə müstəqil rayon kimi təşkil edilmiş, lakin 1963-cü ildə Sabirabada birləşdirilmiş, iki il sonra yenidən ayrıca inzibati vahid olmuş Saatlının müasir görkəmi də göz oxşayır. Son illərdə inşa olunmuş Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər", "Muğan" və "Fəvvarələr" parkları şəhərin görkəmini xeyli dəyişib.

Yeni inşa edilmiş və idmanın inkişafına xüsusi təkan vermiş olimpiya idman kompleksinin respublika yarışlarında uğurların artmasına təsiri xüsusi qeyd oluna bilər. Elə məşəl festivalının keçiriləcəyi yol boyunca, Bayraq meydanı, həmçinin son illər xüsusi memarlıq üslubunda inşa edilmiş binalar və yürüşün finiş xətti olacaq Heydər Əliyev meydanı da diqqət çəkir.

Heydər Əliyev prospektində quraşdırılmış tağdan başlamaqla, məşqçi-müəllim Mirhəbib Əzizovun başladığı məşəl yürüşündə 2,63 km-lik yolu taekvondo məşqçisi Pərviz Məmmədov, ictimai fəallar Elşən Əzizov və Mehriban Ağayeva, orta məktəb müəllimləri Xanım Allahyarova, Seymur İslamov və Vüqar Namazov, veteran idmançı, məşqçi-müəllim Əbülfəz Əliyev, mədəniyyət işçisi Rauf Məmmədli qaçdılar. Heydər Əliyev meydanında qurulmuş səhnəyə məşəli sonuncu yürüşçü, mədəniyyət işçisi İntiqam Həsənov gətirdi.

Oyunların burada yandırılan çırağını sərbəst güləş üzrə yeniyetmələr arasında ölkə çempionu Namaz Cəfərov şəhər ictimaiyyətinə təqdim etdi.

Məşəl estafetinin iştirakçısı olmuş idman veteranı Əbülfəz Əliyev fikirlərini açıqladı: “Avropa Oyunlarının həyəcanı bütün ölkəni bürüyüb və gündən-günə artmaqdadır. Çünki əsas tarixi məqama – açılış gününə cəmi bir aya yaxın vaxt qalıb. Nəhayət, məşəl doğma Saatlıma qədəm qoydu. Hamımız bu anı gözləyirdik və indi böyük sevinç içindəyik. Bəlkə heç kimin yuxusuna girməzdi ki, nə vaxtsa belə bir hadisə Azərbaycanda baş verə bilər – Avropanın birinci Oyunları məhz ölkəmizdə - paytaxt Bakıda keçiriləcək. Əlbəttə, bu, idmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurların, ölkədə iqtisadi yüksəlişin, sabitliyin, tolerantlığın, bir sözlə, doğru siyasətin nəticəsində mümkün olub. Bir idman veteranı kimi, bu Oyunların idmançılarımızın parlaq qələbələri ilə başa çatmasını arzulayıram və inanıram ki, belə də olacaq”.

Bu qədim torpaqda keçən maraqlı qarşılanma mərasimindən sonra məşəl karvanı Sabirabada yola salındı. Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi olan Mirzə Ələkbər Sabirin 1931-ci il oktyabrın 7-də adı verilmiş rayona məşəl axşam saatlarında yetişdirildi.

Əvvəlcə estafet iştirakçıları rayonun məşhur yerləri ilə tanış oldular. Bir vaxtlar Arazboyu zonanın təsərrüfat və iqtisadi mərkəzi kimi inkişaf edən Sabirabadın qarpızı ilə yanaşı, pomidor istixanaları da məşhurdur. Bu təsərrüfatın fəaliyyəti ilə tanışlıq, sonra rayonun ən məşhur ərazisində - Kür və Araz çaylarının qovuşduğu Suqovuşanda davam etdi. Sabirabadın rəngarəngliyi bu ərazidən aydın görünür: Bir hissəsi Kür çayının sağ sahilində Muğan düzündə, bir hissəsi Kür çayının solunda - Şirvan düzündə, digər bir hissəsi Araz çayının sol sahilində Mil düzündə yerləşir. Burada təbiətin seyrinə çıxan məşəlçilər fotoşəkillər çəkdirdilər.

Opera ifaçısı, SSRİ xalq artisti Lütfiyar İmanovun dünyaya göz açdığı məkan kimi tanınan Sabirabadda özünəməxsus idmançılar məktəbi də var. 2008-ci ildə olimpiya idman kompleksinin istifadəyə verilməsi idman ənənələrinin geniş spektrdə inkişafına yeni cizgi

oldu. Yerli güləş məktəbinin yetirməsi, 1987-ci ildə yeniyetmə yunan-Roma güləşçiləri arasında SSRİ çempionu olmuş Azad Əsgərov qaydasız döyüş üzrə dünya, Xamiz Məmmədov isə karate üzrə Avropa çempionlarıdırlar. Son illər güləş, boks və şərq döyüş növləri üzrə yeni parlaq nəsil yetişməkdədir. Futbol məktəbinin yetirmələrindən Rəşid Özbəyov Sovet dövründə ölkənin aparıcı futbol komandası “Neftçi”nin üzvü olub və məşqçi kimi onun başçılığı ilə rayonun “İnşaatçı” klubu isə 1993-cü ildə ölkə kubokunun finalçısı olub.

Pankration federasiyasının prezidenti Azad Əsgərovun başladığı estafet Heydər Əliyev prospekti boyunca 3,23 km məsafəni əhatə etdi. Bu yürüşü məşqçi-müəllimlər - regionda güləş ənənələrinin formalaşmasında böyük xidmətləri olmuş Mirəflan Ağayev və Seyfulla Mehdiyev, ictimai fəallar - Ramiz Məmmədov, veteran futbolçu İbrahim İbrahimov, atlet Rüfət Mehdiyev və Mərkəz Regional Futbol Federasiyasının prezidenti Nadir Quliyev, həmçinin Bakı 2015-in rəsmi tərəfdaşının nümayəndəsi İlham Əzimov, tələbə və peşəkar idmançı Əlicabbar Nuriyev, Bakı 2015-in ulduz elçisi İlkin Həsəni və məktəbli Seymur Adışov davam etdirdilər. Pəhləvan Amid Babayev məşəllə Heydər Əliyev parkının tağından keçərək, burada quraşdırılmış səhnəyə çıxdı. O, Avropa Oyunlarının çırağını yandırdı və 11-ci sinif şagirdi Nərgiz Əsgərova onu rayon ictimaiyyətinə təqdim etdi.

Bu anda möhtəşəm Alov Festivalı başlanmışdı. Mərasim mədəniyyət və incəsənət ustalarının çıxışları ilə davam etdi. İzdihamlı tədbirə toplaşanlar məşəl estafetinin iştirakçıları ilə səmimi söhbət etdilər. Avropa Oyunlarının canlı rəmzləri isə yerli gənclərin və yeniyetmələrin diqqət mərkəzində idi.

Estafetin ilk iştirakçısı olmuş yerli pəhləvanlıq məktəbinin tanınmış simalarından Mirəflan Ağayev təəssüratlarını paylaşdı: “Bu Oyunlar artıq Azərbaycanın nüfuzunun dünya səviyyəsində təsdiqidir. Avropada böyük idman ənənələri olan, neçə-neçə olimpiya oyunlarına ev sahibliyi etmiş şəhərlər ola-ola, məhz Bakının, müstəqilliyini cəmi iki onillikdir əldə etmiş Azərbaycanın paytaxtının belə bir şərəfə nail olması da bunu əyani sübut edir. Amma bizim üçün bu, həm də Azərbaycan haqqında həqiqətləri Avropaya, dünyaya çatdıran gözəl vasitədir. Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının təkcə paytaxt Bakını deyil, rayonları da öz qanadı altına alması təqdirəlayiq hadisədir. Onun iştirakçılarından biri olmaq

mənim üçün qürur mənbəyi, gözəl xatirədir. Bir məşqçi kimi, Avropa Oyunları yetirmələrimə böyük yarış həyəcanını, olimpiya ehtirasını aşılamaq, beynəlxalq təcrübənin nə olduğunu göstərmək üçün gözəl fürsət olacaq. Həm də bütün varlığımızla idmançılarımızı qələbəyə səsləyəcəyik”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Sabirabadda daha bir maraqlı günü geridə qoyan məşəl karvanı Araz sahili boyunca səyahətini davam etdirərək, sabah səhər İmişlinin qonağı olacaq, axşam saatlarında isə Füzuli rayonunun Horadiz şəhərində Alov Festivalı keçiriləcək. Alovun səyahəti barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.

Xəbər 1914 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.08.2020 “Bakı-2015”in qalibi rusiyalı cüdoçu Olimpiadada ikinci qızıl medalı qazanmağı qarşısına məqsəd qoyub
12.06.2020 “Bakı-2015”-in ən gözlənilməz anı
18.06.2019 İdmançılarımız Minskdə keçiriləcək II Avropa oyunlarına yola salınıb
07.06.2019 Polşa Avropa Oyunlarını qəbul edəcək
05.06.2019 II Avropa Oyunlarında badmintonçumuzun rəqibləri müəyyənləşib
14.11.2015 Rusiya metbuatında gedən açıqlama
13.11.2015 “Azərbaycanı kəşf et: Bakı-2015” kitabının təqdimatı keçirilib
28.10.2015 “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan belaruslu idmançılar mükafatlandırılıb
19.09.2015 "Bakı 2015" I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb
19.09.2015 "Bakı-2015" vaxtı qəzaya düşən avstriyalı idmançıdan yeni xəbər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru