Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
30/05 | 20:47 Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
30/05 | 16:36 Kriştiano Ronaldo dünyada ən çox qazanan futbolçudur
30/05 | 16:02 “Neftçi” və “Qarabağ” klubları ölkə çempionatlarında 100-dən çox böyük hesablı qələbə qazanıblar
30/05 | 15:44 İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb
30/05 | 13:12 Həyata "İdman"dan pərvazlanan ustad tərcüməçi
30/05 | 10:20 Tomas Müller - 250: Almaniya çempionatında yeni rekorda doğru
30/05 | 09:45 Toto Volf “Mercedes”in rəhbəri vəzifəsindən istefa verə bilər
30/05 | 09:22 “Liverpul” Timo Vernerin transferini bitirmək üzrədir
30/05 | 09:01 Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri
30/05 | 08:38 Azərbaycan Premyer Liqasının bərpası məsələsi müzakirə olunacaq
30/05 | 07:03 “Real” Azərbaycan millisinin sabiq müdafiəçisi ilə müqaviləni yeniləyib
29/05 | 14:40 Avropa çempionatının ən güclü E qrupunda 30 şahmatçımız mübarizə aparacaq
29/05 | 10:04 Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi Azərbaycan şahmatçısı Rauf Məmmədov olub
29/05 | 09:29 “Bilik və birlik” devizi altında biznes-simulyasiya yarışı təşkil olunub
29/05 | 08:33 Azər Həsənsoy “WBC Muay-tay” təşkilatının ölkəmizdəki nümayəndəsi seçilib
28/05 | 18:36 “Nyukasl Yunayted” Filippe Koutinyonu transfer edə bilər
28/05 | 15:02 Braziliyalı Villian “Atletiko Madrid”in hədəfində
28/05 | 14:22 BOK və ÜST arasında yeni əməkdaşlıq sazişi imzalanıb
28/05 | 10:34 Futbol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı açıqlanıb
28/05 | 09:56 Azərbaycan şahmatçıları Avropa çempionatının qızıl və gümüş medallarını qazanıblar
28/05 | 08:42 Dünya Badminton Federasiyası "Tokio-2020" olimpiadasının yenilənmiş təsnifat sistemini açıqlayıb
27/05 | 15:02 Stiven Jozef-Monroz "Neftçi"dən ayrıla bilər
27/05 | 12:59 “İpək yolu kuboku” turnirinin ilk 7 turunun oyunları keçirilib
27/05 | 11:40 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
27/05 | 09:35 Deymon Hill: Valtteri Bottas “Mersedes”ə layiq pilot deyil
27/05 | 09:19 Ukrayna hökuməti ölkədə futbol matçlarının bərpasına icazə verib
27/05 | 08:45 Almaniya Bundersliqasının 28-ci turun mərkəzi qarşılaşması minimal hesabla başa çatıb
26/05 | 16:17 FIBA milli federasiyalara pandemiyadan sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib
26/05 | 15:55 Zlatan İbrahimoviç məşq zamanı zədələnib
26/05 | 15:23 Duqlas Kosta zədə səbəbindən karyerasını başa vura bilər
26/05 | 14:42 Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
26/05 | 13:51 Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri keçiriləcək
26/05 | 13:31 Fiqurlu konkisürmə üzrə Kanadada keçirilməli olan Qran-Pri ləğv edilib
26/05 | 10:20 Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə blits üzrə “İpək Yolu Kuboku” turniri start götürür
25/05 | 19:23 Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
İdmançılarımız Minskdə keçiriləcək II Avropa oyunlarına yola salınıb
Tarix: 18.06.2019 | Saat: 09:02:00 | E-mail | Çapa göndər
İdmançılarımız və Azərbaycan nümayəndə heyəti Minskdə keçiriləcək II Avropa Oyunlarına yola salınıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV nümayəndələri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müduri Fərid Mansurov da Minskə yola düşən nümayəndə heyəti arasında olub. Dövlət və hökumətimizin idmana qayğısından danışan idmançılarımız II Avropa Oyunlarına yüksək həvəslə yollandıqlarını vurğulayıb, bu mötəbər oyunlardan qızıl medalla qayıdacaqlarına söz veriblər.

Qeyd edək ki, II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar Tokioda 2020-ci ildə keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində keçiriləcək.

Oyunlar zamanı Belarus paytaxtına 4 minə yaxın idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışlar idman üzrə 650 beynəlxalq, həmçinin 410 yerli hakim tərəfindən idarə olunacaq. Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının100-dən çox prezidenti və baş katibi, Avropa ölkələrinin idman nazirlər, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa MOK-larının prezidentləri və baş katibləri, Avropa MOK-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş Nazirləri və yüksək vəzifəli şəxsləri gələcəklər. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

2019-cu ilin II Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən “Dinamo”, “Minsk-arena”, “Çijovka-arena” stadionlarında keçiriləcək.

Oyunların Minskdə təşkili və keçirilməsi Avropanın idman həyatında əlamətdar hadisədir. Bu, Belarus Respublikasının etibarını möhkəmlətməyə və Olimpiya dəyərlərinin yaxşılaşdırılmasına, sağlam həyat tərzinə, bədən tərbiyəsi və idmanın inkişafına çox böyük diqqət ayıran sosialyönümlü dövlət kimi nüfuzunu təsdiqləməyə imkan verəcək.

Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanması və mənzil başına rahat çatması məsələlərində Belarus paytaxtının turizm sahəsi, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bununla əlaqədar nəqliyyat xidmətinin kompleks planı hazırlanır. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınacaq.

Qeyd edək ki, iyunun 21-dən 30-dək idmançılar 200 medal dəsti uğrunda yarışacaqlar.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib. Qeyri-rəsmi ümumi komanda hesabında medalların dəyərinə görə Rusiya Federasiyası birinci yeri tutub. Rusiyalı idmançılar 164 mükafat, o cümlədən 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 mükafat (21 qızıl, 15 gümüş və 20 bürünc) qazanıb və qeyri-rəsmi ümumi komanda hesabında ikinci yeri tutub. Belarus yığması isə 43 mükafatla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.


Xəbər 518 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.06.2019 Polşa Avropa Oyunlarını qəbul edəcək
05.06.2019 II Avropa Oyunlarında badmintonçumuzun rəqibləri müəyyənləşib
14.11.2015 Rusiya metbuatında gedən açıqlama
13.11.2015 “Azərbaycanı kəşf et: Bakı-2015” kitabının təqdimatı keçirilib
29.10.2015 “Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan belaruslu idmançılar mükafatlandırılıb
19.09.2015 "Bakı 2015" I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb
19.09.2015 "Bakı-2015" vaxtı qəzaya düşən avstriyalı idmançıdan yeni xəbər
15.09.2015 Patrik Hikki: “Bakı-2015” ilk Avropa Oyunlarının göstəriciləri sübut edir ki, yarışlar böyük maraqla izlənilib
15.09.2015 “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev Avropa İdman Jurnalistləri İttifaqının Konqresində çıxış edib
15.09.2015 Avropa Olimpiya Komitəsi Avropa Oyunlarının gələcəyinə Bakı layihəsindən baxır


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru