Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.
Çempionatın son günündə 66, 75, 85 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.
66 kq
1/8 final - Danielo Difeola (SWE) - Rövşən Tağıyev
75 kq
1/16 final - Peter Nagy (HUN) - Fuad Əliyev
85 kq
1/16 final - İslam Abbasov - Andrey Qladkix (UKR)
130 kq
1/8 final - Tiberiu Barbazan (ROU) - Oyan Nəzəriani
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Yunan-Roma güləşçilərinin yarışında ilk gün Eldəniz Əzizli (59 kq) bürünc medal qazanıb.