Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 14:58 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili ilə bağlı ölkəmizə gələcək əcnəbilər üçün viza prosedurları sadələşdirilir
17/04 | 11:47 Cüdo üzrə Avropa çempionatının ikinci günündə iki idmançımız mübarizəyə qoşulacaq
17/04 | 11:12 Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər
17/04 | 10:34 Cüdo üzrə Avropa çempionatı: Azərbaycan komandası 11-ci pillədədir
17/04 | 10:00 Dünya birinciliyi: Daha bir boksçumuz yarışa qələbə ilə başlayıb
17/04 | 09:55 Azərbaycan Premyer Liqasında XIII tura start verilib
16/04 | 21:00 Cüdoçumuz Avropa çempionatında bürünc medal qazanıb
16/04 | 20:09 İdman gimnastlarımız Avropa çempionatında iştirak edəcəklər
16/04 | 19:28 “Universiada-2023”də 11 min idmançı iştirak edəcək
16/04 | 18:17 Şahmatçımız Aydın Süleymanlı “Vladimir Bato Kontiç” memorialında mübarizəyə başlayır
16/04 | 17:47 Cüdoçumuz Kəramət Hüseynov bürünc medal uğrunda mübarizə aparacaq
16/04 | 16:51 Sambo üzrə Avropa çempionatının vaxtı dəyişdirilib
16/04 | 16:26 Cüdoçumuz Orxan Səfərov Avropa çempionatında təsəlliverici görüşə çıxacaq
16/04 | 15:53 Həvəskarlar arasında Avropa çempionatının birinci mərhələsində şahmatçımız üçüncü yeri tutub
16/04 | 14:07 Formula 1 Kanada Qran-Prisini Türkiyə yürüşü əvəz edə bilər
16/04 | 13:51 Beşinci İslam Həmrəylik Oyunları təxirə salına bilər
16/04 | 13:27 Dünya birinciliyi: Bu gün daha 3 boksçumuz rinqə çıxacaq
16/04 | 12:50 Makqreqorla Porye iyulun 10-da üçüncü dəfə qarşılaşacaq
16/04 | 12:37 Günay Məmmədzadə: Şahmat tacı uğrunda iddiaçılar turnirində iştirak etməyi arzulayıram
16/04 | 12:09 Kross qaçışı üzrə Bakı çempionatına start verilib
16/04 | 11:38 Dünya birinciliyi: boksçumuz dörddəbir finala yüksəlib
16/04 | 11:05 Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıb
16/04 | 10:53 UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə yekun vurulub
16/04 | 10:01 AFFA-nın icraçı vitse-prezidentinin sədrliyi ilə UEFA komitəsinin iclası keçirilib
16/04 | 09:54 Avropa çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşib
15/04 | 19:18 Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib
15/04 | 18:42 Millimizin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
15/04 | 18:07 Güləşçilərimiz Avropa çempionatına hazırlığı Bakıda davam etdirirlər
15/04 | 17:48 Xosep Qvardiola Joze Mourinyonun rekordunu təkrarlayıb
15/04 | 16:56 UEFA səfər qolu qaydasını ləğv edə bilər
15/04 | 16:16 “Zəfər kuboku” onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
15/04 | 16:08 “İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi elan olunub
15/04 | 15:48 Yaponiya hakim partiyasının baş katibi Olimpiadanın təxirə salınmasının mümkünlüyünü bildirib
15/04 | 15:44 Qiyas Məmmədrza oğlu Məmmədov
15/04 | 14:59 “Neftçi” klubu “Keşlə”nin hücumçusunu transfer etmək istəyir
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 22 13 7 2 51-15 46
2 Neftçi 22 13 4 5 32-33 43
3 Zirə 22 7 11 4 24-21 32
4 Sumqayıt 22 7 8 7 26-28 29
5 Qəbələ 22 5 9 8 20-31 24
6 Səbail 22 4 8 10 19-33 20
7 Sabah 22 5 5 12 20-29 20
8 Keşlə 22 3 10 9 21-33 19
 Dünya kuboku-2022. Seçmə mərhələ. “A” qrupu
N: Komandalar O Q H M T/F X
1 Portuqaliya 3 2 1 0 6-3 7
2 Serbiya 3 2 1 0 7-5 7
3 Lüksemburq 2 1 0 1 2-3 3
4 İrlandiya 2 0 0 2 2-4 0
5 Azərbaycan 2 0 0 2 1-3 0
Şərq döyüş növlərinin Süleyman Məmmədli fenomeni
Tarix: 03.02.2015 | Saat: 14:57:00 | E-mail | Çapa göndər
Əli Fərəcov | alfaraj@mail.ru

İdman mövzusunda yazılarda «idmanımızın əfsanəsi» ifadəsinə tez-tez rast gəlirik. Bəzən bu ifadə, mənası kifayət qədər dərk edilmədən, böyük səxavətlə və çox halda da yersiz işlədilir. Amma yaşın 70-i haqladığı bir vaxtda özündən 50-55 yaş cavanlarla meydana çıxıb, döyüş növləri üzrə fəndlər arsenalından ən kəskin və baxımlı seçmələri nümayiş etdirməyə, 70 əlbəyaxa döyüş növü üzrə usta, 4 növ üzrə 10-cu dan qara kəmər sahibi (danların ümumi sayı 240-dan çoxdur və ardı gəlir), 10 növ üzrə qrand-master kimi dünyanın müxtəlif ölkələlərindən onlarla döyüş növü üzrə seminarlara alınan dəvətlərə, 40 dəfə dünya, Avropa çempionatlarının və beynəlxalq turnirlərini ən yüksək pilləsinin fəthinə - sonuncu dəfə bu, keçən il olub - dünya Qızıl kuboklarının sahibliyə nə ad verək? Nəvəsi yaşlı cavanları tatami üzərində qarşısından qaçıran, müxtəlif döyüş növləri üzrə nümayiş etdirdiyi təmrinlərini görənləri ovsunlayan insanın bu əməllərinə nə ad verək, nə deyək?

Dünyada belə göstəricilərə malik ikinci adam yoxdur. Bu, beynəlxilq miqyaslı fenomenlikdir. Süleyman Məmmədlitək Azərbaycan idmanının deyil, dünya idmanının əfsanəsidir. Amma çox təəssüf ki, onu nəinki dünya, heç Azərbaycanın özündə də Brus li, Ceki Çan, Van Damm, Devid Bredli və daha çox kinoçəklişləri ilə məşhurlaşan neçə-neçə döyüş ustaları qədər tanımırlar. Bəlkə 30 il əvvəl Yuli Qusmanın «Qorxma, mən səniləyəm» filmində döyüşlərin quruluşunu verməklə, həm də baş rola çəkilsəydi (rejissorun belə bir fikri olub), indi onu heç olmasa sadə həmvətənləri daha yaxşı tanıyardılar.

Amma Şərq əlbəyaxa döyüş növlərinin, demək olar ki, əksəriyətində – Çun –kuhn, Kombat miksed, Ful kontakt, Koreya kombatı, Mu sul taekvondo, Jut kune do və özünün yaratdığı Turan Do döyüş növləri üzrə qrand-master S.Məmmədli dünya peşəkarları arasında çox yaxşı tanınır və sənəti yüksək qiymətləndirilir, təcrübəsindən bəhrələnirlər. ABŞ, Kanada, Danimarka Rusiya, Özbəkistan, Almaniya, Hollandiya və daha neçə-neçə ölkədə hapki-do və yuxarıda sadaladığımız digər növlər üzrə keçirdiyi seminarlar öz nəticəsini uzun müddət gözlətmir. Ötən il ABŞ-ın Miçiqan ştatında hapki-do üzrə keçirdiyi 20 günlük seminardan sonra Miçiqanın yığma komandasının 16 üzvü dünya çempionatında 24 medal qazanıb. Həmin yarışda S.Məmmədli özü də iştirak edərək, 2 qızıl, bir gümüş medal sahibi olub.

Yeni, 2015-ci ili Süleyman müəllim ABŞ-da qarşıladı. İlin son günlərində Çikaqoda, sonra Kolarado ştatınının paytaxtı Denver şəhərində kombat, kombat-sambo (hərbiləşdirilmiş döyüş növləridir), kempo, hapki-do üzrə 5 gün seminar keçib. Özünün iştirak etdiyi yarışlara gəldikdə, keçən il aldığı medalların sayını özü də dəqiq deyə bilmədi: 2 qızıl, Yunanıstanda (Afina) döyüş sənətləri üzrə dünya çempionatında 1 qızıl, 1 gümüş, İtaliyada dünya çempionatında 3 qızıl medal qazanıb. Bu gün də danlarının sayını artırmaqdadır, həm də özü imtahan götürüb, dan vermək səlahiyətlərinə malikdir. Hazırda rəhbəri olduğu Azərbaycan Hapki-Do Federasiyası ölkəyə ən çox medal gətirən federasiyadır. İki il bundan əvvəl isə hapkidoçular bu sahədə rekordçu oldular, beynəlxalq yarışlarda 164 medal qazandılar. Amma ilin ən yaxşısı adına başqa federasiya layiq görüldü.

40 ildən artıqdır ki, fəal idman həyatını davam etdirən Süleyman Məmmədli təkcə bizim deyil, dünya idmanında fonamendir. Şərq döyüş növlərinin əksərini, Koreya növlərinin isə demək olar ki, hamısını Azərbaycana o gətirib, təbliğ edib, sevdirib, inkişafı üçün çalışıb. Bunu israrla deyir, onu da əlavə edir ki, bu həqiqətlə razılaşmayanlarla, bəzi növləri adlarına çıxanlarla üz-üzə gəlməyə də hazırdır. Kikboksinqi bizlərə əyani şəkildə ilk dəfə 30 il əvvəl o nümayiş etdirib, Azərbaycanda hələ o vaxt kikboksinq federasiyası yaratmaq niyyəti baş tutmayıb. Şərq idman döyüşlərində yeganə olimpiya növü olan Taekvondo Federasiyasına rəhbərlik edib, bir neçə ay vitse-prezident vəzifəsində çalışıb. Sonralar - burasını dəqiq bilmirəm, indiyə kimi özü ilə 2 uzun və hərtərəfli söhbətdə bu barədə danışmaq istəmədiyini hiss etdiyimdən, dərinə getmədim, məsələnin üstündən keçdim- federasiyasından, hətta məşqlərdən də ayrılıb və bu qərarı doğuran səbəblərin sirrini bu gün də saxlayır. Bu barədə dilindən eşitdiyim odur ki, bir müddət depressiyayaya düşüb, məşqlərdən qalıb, bədbinliyin əlində əsir olub.

Şərq döyüş növlərinin fəlsəfəsinə zidd olan bu ovqatı ruhunda uzun müddət yaşada bilməzdi, bu ona yaraşmazdı. Babasının da bir sözü onu sanki yuxudan oyatdı: nə olursa, Allahın məsləhəti ilə yaxşılığa olur. Elə bu vaxtlar əfqan döyüş yoldaşı və tələbəsi Amerikadan zəng vurub dedi ki, burada bir nəfər taekvondo üzrə 10-cu dan sahibi səninlə tanış olmaq istəyir. O vaxt- 1999-2000-ci illərdə - S.Məmmədlinin taekvondodan və bir neçə döyüş növündən 4-cü danı vardı. Dünyada takvondo üzrə 10-cu danı olan tək bir nəfəri tanıyırdı. Zəng vuran bildirdi ki, bu da 10-cu dandır. Babasının sözü və Amerikadan gələn bu zəng elə bir ona yeni ruh, yeni qüvvə verdi. Yenidən gecəni gündüzə qatıb, məşqlərə başladı
.
16 saat uçuşdan sonra, təyyarədən düşüb, həmin adamın görüşünə gedən Süleyman elə bilirdi ki, uzun ağır yolun yorğunluğunu canından çıxarmaq, dincəlmək üçün ona, heç olmasa, bir günlük vaxt veriləcək. Onunla görüşmək istəyən adam çox əsəbi, üzünə baxanda nə vaxtsa gülümsədiyini təsəvvürə gətirmək mümkün olmayan koreyalı super qrand-master Bok Man Kim idi. Bəli, ədəbsiz hərəkətinə görə Brus lini bir yumruqla stolun altına yuvarladan Bok Man Kim. Azərbaycandan gələn döyüşçü ilə salamlaşdıqdan dərhal sonra, böyük usta «göstər görüm, nə bacarırsan» dedi. Süleyman nə edəcəyinə dərhal qərar verə bilmədi. Koreya döyüş məktəbləri arasında rəqabət güclü olduğunui, bir-birini gözləri götürmədiyini yaxşı bilirdi; başa düşürdü ki, bu adama hapki-do göstərsən, dərhal deyəcək «xoş gəldin». Başqa növlər də elə. Qəfildən ağlına turan-do gəldi, elə bir-iki hərəkətdən sonra, Bok Man Kim dedi get, əynini dəyiş. Gördükləri onun marağına səbəb olmuşdu.

Turan-donun yaradıcısı S.Məmmədlinin özüdür və bu döyüş növünün başqalarından fərqli cəhətləri barədə dediklərini necə var, elə də sizə çatdırıram:

- Hövlər dövrün tələblərinə uyğun olaraq yaranır və sıradan çıxır. Amma bütün növlər bir kök, bir baza üzərində bərqərar olur. Turan-do müasir, reallığa yaxın, universial döyüş sənətidir. Ayaq zərbələrində, yer-dəyişmələrdə fərqlər var. Başqa növlərdə rəqibin zərbəsinin qarşısı blokla alınır, burada isə zərbəyə ani hərəkətlə qarşılıqlı zərbə göndərilir və ya blok qoyulan əllə əks- zərbə vurulur. Ən əsası odur ki, zərbələr insan təbiətinin xüsusiyyətlərinə uyğunlaşdırılıb, çanaqdan gəlir, zərbə anında çanaq impulsiv şəkildə iştirak edir. Bütün döyüş növləri turan-do qarşısında geri çəkilir. Onun bütün silahlara qarşı müdafiə fəndləri var. Orada artıq hərəkət yoxdur. İdmanda bəzən artıq, real həyatda lazım olmayan hərəktələrə çox yer verilir. Döyüş meydanında bu hərəkətlərin heç biri lazım olmur.

Bok Man Kimlə ilk görüşü Süleymanın həyatında dönüş yaratdı. Məşhur koreyalı ilə hər gün 12-saatlıq məşqlər nəticəsində çun -kuhn döyüş növünün sirlərini öyrəndi və ilk qrand-master adını da elə bu növdə qazandı. Bununla da sanki, uğurların qapısı taybatay açıldı. Sonradan koreyalı Bok Man Kimlə aralarında möhkəm dostluq yarandı. Cənubi Afrika Respublikasında çun-kuhn federasiyasına rəhbərlik etdiyi illərdə S.Məmmədlini də orada işləməyə dəvət etmişdi. Amma bu dəvəti qəbul etmək mümkün olmadı.

«İnsan hər şeyə qadirdir, onun imkanları hədsizdir, sadəcə olaraq istək, daxili qüvvə və Tanrı köməyi olmalıdır»- deyir S.Məmmədli. Özünün də bütün həyatı, gündəlik yaşam tərzi hərəkətdir, dinamikadar: səhər saat 6-nın yarısından 7-yə kimi məşq, sonra idman akademiyasının taekvando qrupu ilə dərslər- orada da məşq. Öz üzərində işləməyi hətta gecəyarıdan keçənə qədər açıq havada davam etdirir.

Bu gün o, Dünya Universal Kombat Döyüş Assosiasiyasının, Dünya Turan- do Assosiasiyasının və Yaşlıların Dünya Döyüş Sənətləri Asosiasiyasının prezidenti, beynəlxalq dərəcəli təlimatçı və hakim, Azərbaycanın Əməkdar idman xadimi, Əməkdar məşqçidir.

Amma təssüf ki, Süleyman müəllimin döyüş ustalığı ilə, daha çox, başqa ölkələrdə maraqlanırlar, ölkəmizdə isə az-az xatırlanır. Xasiyyətində də özünü ortaya atmağı, gözə soxulmağı yoxdur. Mətbuat işçiləri ilə görüşlərə can atmır. Nədənsə, güc strukturlarındakı döyüş hazırlığı təlimatçıları da onun təcrübəsinə maraq göstərmirlər. Bu barədə söhbətdə bildirdi ki, orduda, daxili qoşunlarda və digər bu kimi strukturlarda təbliğ edilən, oyrədilən fəndlərin böyük əksəriyyəti ancaq baxış, tamaşa, nümunəvi çıxışlar üçün yararlıdır. Onlar əsgərə qətiyyən lazım deyil. Təpədən dırnağa qədər silahanmış, hərbi ləvazimatla tam təminatın ağırlığını çiynlərində daşıyan əsgər hündürə tullanmaqla vurulan zərbəni necə yerinə yetirə bilər? Fəndlər seçilərkən, bu məsələyə diqqət yetirmək lazımdır. Bunları Amerika, Rusiya polisləri ilə iş təcrübəsinə malik S.Məmmədli deyir.

S.Məmmədli həm də Şərq döyüş növlərinin tarixi, nəzəri əsasları və fəlsəfəsi, insan sağlamlığı, bizi əhatə edən aləm barədə 30-a yaxın kitiabın müəllifidir. İxtasca dağ-mədən mütəxəssisidir.Bu sahədə namizədlik dissertasiyasını hələ tələbəlik dövründə yazıb. Şərq döyüş növləri ilə ilk tanışlığı da Leninqrad Dağ-Mədən İnistitununda oxuduğu 1970-ci illərin ortalarına təsadüf edir. Onda bu həvəsi orada təhsil alan bir afrikalı tələbə yoldaşı oyadıb. Karate üzrə 4-cü dan olan afrikalıdan ilk dərslərini alan Süleyman uşaqlıqdan böyük həvəslə məşğul olduğu daşqaldırmanın daşını atıb. Gözarası qeyd edək ki, 13 yaşında ikən, 57 kq ağırlığı başı üzərinə qaldırıb.

İdman formasını bu yaşa qədər saxlamasının bir səbəbini də artıq 33 ildir ət yeməkdən imtina etməsi ilə izah edir. Əti insan orqanizmi üçün ən zərərli qida sayır. Etiraz edib «dədə-babalarımız həmişə ət yeyiblər, 90-100 il yaşayıblar» deyənlərə cavabı tutarlıdır: «Onlar kəsilən heyvanın ətini ya elə həmin gün yeyiblər ( o vaxt soyuducu olmayıb), ya da qovurub bardaqlarda saxlayıblar. Ət ancaq qovrulmuş halda tərkibindəki faydalı elementləri saxlayır». «Kabab qanlı, igid canlı» deyən atalarımız “ət adamı tez qocaldar” həqiqətini də başa düşüblər. Həm də bu ətyeməzliyin nəticəsidir ki, Süleyman müəllimi 65 yaşında tesdən keçirən kompüter onun orqanizmini 22-25 yaşlı gəncin orqanizmi kimi qəbul edib. İllər ona təsir edə bilmir.

Bu maraqlı insanın həyatı çox sadədir. Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi 360 manat əmək haqqı ilə dolanır, 2-otaqlı mənzildə hərbi xidmətdən bu yaxınlarda tərxis edilmiş subay oğlu ilə yaşayır. Xarici ölkələrdə keçdiyi seminarlara görə pul almır, dəvət edən tərəf onun yalnız yol və mehmanxana xərclərini ödəyir. Səfərdə olarkən, bahalı otellərdən imtina edir. “100 cavana dəyən” bu ixtiyar kişinin idman bioqrafiyası onun ömür yolu ilə əl-ələ, qoşa addımlayır və hələ neçə illər, beləcə addımlayacaq.


Xəbər 4641 dəfə oxundu



 
Müəllifin son yazıları

29.10.2015 Arzulara sədd yoxdur
06.09.2014 Arzulara sədd yoxdur
25.04.2011 Hər Olimpiadaya hazırlığın öz konsepsiyası var


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Balaca topçunun həyatına qıyan böyük topçuları ali ədalət qamçısı cəzalandıracaq
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru