Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
23/09 | 13:22 İsveçrə prokurorluğu PSJ-nin prezidenti Nasser al-Helaifi üçün 28 aylıq həbs cəzası tələb edir
23/09 | 12:44 Xüsusi olimpiyaçılarımız arasında stolüstü tennis yarışı keçirilir
23/09 | 12:00 Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş zalının təmir-bərpa işlərindən sonra açılışı olub
23/09 | 11:36 "Vest Hem"in baş məşqçisi Devid Moyes koronavirusa yoluxub
23/09 | 11:12 Dünya cüdo turunun Tokioda keçiriləcək mərhələsi koronavirus pandemiyası səbəbindən ləğv edilib
23/09 | 10:30 Soçi avtodromunda "Kral yürüşləri" adlı sərgi təşkil olunacaq
23/09 | 10:03 Tomas Bax Tokio Olimpiadasının keçiriləcəyinə əmindir
23/09 | 09:50 UEFA Super kubokunun rəsmi topu üzərində uşaqların çəkdiyi rəsmlər yer alıb
22/09 | 21:04 Futbolçumuz Araz Abdullayev Türkiyədə debüt edib
22/09 | 20:10 Voleybolçumuzun çıxış etdiyi “Minçanka” klubu pandemiyaya görə Çempionlar Liqasında mübarizəni dayandırıb
22/09 | 19:20 Elnur Məmmədli: Olimpiya çempionu olmaq elə də asan deyil
22/09 | 18:47 Futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turunun təqvimi açıqlanıb
22/09 | 18:14 Millimizin rəqibi Fransa yığmasına məğlub olub
22/09 | 18:03 “Qəbələ” türkiyəli məşqçi ilə yollarını ayırıb
22/09 | 17:51 Bakıda U-17 millimizin təlim-məşq toplanışı olacaq
22/09 | 17:41 Atletika üzrə Bakı çempionatı keçiriləcək
22/09 | 17:15 Şərurda AFFA-nın C kateqoriyalı məşqçi kurslarına start verilib
22/09 | 16:02 Polşa reytinq xarakterli üç güləş turnirinə ev sahibliyi edəcək
22/09 | 15:31 III Avropa Oyunlarının ilkin proqramına dəyişiklik edilib
22/09 | 14:33 Alvaro Morata İtaliyanın “Yuventus” klubuna keçməyə yaxındır
22/09 | 13:00 Millimizin üzvü məğlubiyyətə üzülüb
22/09 | 12:47 Azərbaycanlı mütəxəssislər əlil arabasında basketbol üzrə beynəlxalq seminarda iştirak ediblər
22/09 | 12:23 Beynəlxalq Triatlon Şurası kişi idmançıların yeni reytinq cədvəlini açıqlayıb
22/09 | 11:36 “Maklaren”in pilotu Lando Norris cari mövsümün birinci hissəsinin yaddaqalan idmançısı seçilib
22/09 | 11:10 “Qarabağ” klubu italiyalı hücumçu ilə danışıqlar aparır
22/09 | 10:06 Novak Cokoviç 36-cı dəfə “Masters” seriyasının qalibi olub
21/09 | 20:21 Xüsusi olimpiyaçılar arasında badminton yarışları keçirilib
21/09 | 20:00 Gələn il Bakıda keçiriləcək gimnastika yarışlarının tarixi müəyyənləşib
21/09 | 19:05 Urfan Abbasov Azərbaycan çempionatında 200-cü oyununu keçirib
21/09 | 18:44 “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Balakəndə keçirilib
21/09 | 18:19 “Sabah” klubu heyətini yeni qapıçı ilə gücləndirib
21/09 | 17:11 Aqil Məmmədov “Neftçi”də 50-ci matçını keçirib
21/09 | 17:00 “Maklaren”in icraçı direktoru Zak Braun komandanın gələcək planlarından danışıb
21/09 | 16:53 “Qarabağ” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb
21/09 | 16:40 “Keşlə” rekord nəticəyə imza atıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Sabah 3 2 0 1 5-2 6
2 Sumqayıt 3 2 0 1 4-2 6
3 Neftçi 3 2 0 1 4-4 6
4 Keşlə 3 1 2 0 1-0 5
5 Qarabağ 3 1 1 1 3-2 4
6 Zirə 3 1 1 1 3-4 4
7 Qəbələ 3 0 2 1 1-4 2
8 Səbail 3 0 0 3 3-6 0
Hər Olimpiadaya hazırlığın öz konsepsiyası var
Tarix: 25.04.2011 | Saat: 01:39:00 | E-mail | Çapa göndər
Əli Fərəcov | alfaraj@mail.ru

İdman aləminin özünəməxsus zaman ölçüləri var. Olimpiya ili, olimpiadalararası dövr və ərəfə ili. İndi biz ərəfə ilinin başlanğıcındayıq. Bu illər həm də lisenziyalar ili kimi səciyyələnir. 2011-ci il dünyanın bir çox idmançıları ilə birlikdə Azərbaycanın da olimpiya ümidləri İngiltərə paytaxtına vəsiqə qazanacaqlar. Bunu onlar olimpiadaya qədər keçirilən beynəlxalq turnirlərdə, dünya və qitə çempionatlarında etməlidirlər.
Amma hər bir tədbirə hazırlığın strateji təminatı, konsepsiyası olmalıdır. Müstəqillik illərində Azərbaycanın özünün olimpiadaya hazırlıq üzrə ilk konsepsiyası 2000-ci il Sidney olimpiadası üçün hazırlanıb. Bu işdə xidmətləri olan mütəxəssislərdən biri də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovdur.

- İlk konsepsiya qabaqcıl idman ölkələri, xüsusən də Almaniyanın konsepsiyalarının dərindən öyrənilməsi və təhlili əsasında yaradılmış və mənim o vaxtlar işlədiyim ADBTİA elmi-pedaqoji heyətinin müzakirəsinə verilmişdi, - deyə İsmayıl müəllim ölkə idmançılarının olimpiadaya hazırlıq üzrə ilk konsepsiyasının yaradılması barədə danışır. - O vaxt belə bir fikir vardı ki, konsepsiyanın hazırlığında məşqçilərin də rəyi nəzərə alınmalıdır. Amma mən bu fikrin əleyhinə idim.
İsmayıl müəllim bu mövqeyini onunla izah edir ki, konsepsiyaya əlavə edilən müddəalar dərin elmi-nəzəri cəhətdən əsaslandırılmalı, uzun illərin təcrübəsindən, sınağından çıxmalıdır. "Məşqçilərin irəli sürdükləri təkliflər bu meyarlara cavab verəcəksə, onda başqa məsələ" - İ.İsmayılov mövqeyini dəqiqləşdirir. Azərbaycan idmançılarının 2012-ci il olimpiadasına hazırlıq konsepsiyası da təsdiq olunub və artıq həyata keçirilməkdədir. Sözsüz ki, hər konsepsiya dövrünün xüsusiyyətləri, idmanımızın inkişaf səviyyəsi, baza hazırlıq imkanları nəzərə alınmalıdır.
Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi ildən-ilə sürətlənir. Bugünkü Azərbaycan idmanı artıq 10 il, hətta 5 il bundan əvvəlki idman deyil. Söz yox ki, yeni konsepsiyada bunlar öz əksini tapmalı, bir çox məsələlərə baxışın yeni prizmaları tətbiq edilməlidir. Məsələn, bu gün idmançıların fiziki hazırlığına yeni yanaşma tərzi, nəzəri baxış mövcuddur. İdman növləri müxtəlifdir və hər növdə idmançının müxtəlif əzələlər qrupu iştirak edir. İndi fizioloqlar hesab edirlər ki, idmançı üçün heç də bütün əzələlərin işlədilməsi, yüklənməsi vacib deyil və hətta zərərlidir. Deməli, hər bir idman növü üçün əzələlərin iş rejimi tətbiq olunmalıdır. Lazım olmayan əzələlərin işlədilməsi artıq enerji sərfinə səbəb olur. Bu gün kortəbii məşqlərə yol vermək olmaz. Müasir idman yalnız dərin tədqiqatlar nəticəsində yaranmış elmi əsaslar üzərində inkişaf edə bilər.
Eləcə də dözümlülük məsələsi. Bəzən, xüsusən də təkmübarizə növləri ilə məşğul olanlarda - güləşçilərdə, boksçularda dözümlülük kimi keyfiyyətlərin tərbiyə olunması üçün səhərlər uzaq - 3-5 km məsafələrə qaçış tövsiyə olunur. Aparılan tədqiqatlar bunun yanlış üsul olduğunu sübut edir.
Bu gün dünya idmanı qarşısında duran ən böyük problemlərdən biri yarışöncəsi idmançının artıq enerji itkisinin qarşısını almaqdır. Enerji itkisinə həm də psixoloji amillər səbəb olur. İdman yarışının böyüklüyü, rəqibin titulları, bəzən də müəyyən səbəblər üzündən öz məşqçisinin yanında olmaması, onu bir başqasının əvəz etməsi idmançıda psixoloji gərginlik, həyəcan yaradır və bu da özlüyündə əlavə enerji itkisi deməkdir. Problemin həllində psixoloqların üzərinə çox böyük iş düşür. Onlar bütün cəhdlərini idmançını belə mənfi emosiyalardan qorumağa yönəltməlidirlər.
- Ümumiyyətlə, yığma komandaların London olimpiadasına hazırlıq konsepsiyası həm də idmançının məlumat bazasının zənginləşdirilməsi və onun hazırlığındakı problemləin həlli ilə bağlı məsələlərdən ibarətdir, - deyir İsmayıl müəllim. - Bu gün olimpiadaya hazırlıq dünyanın bir çox ölkələrində idmanın yüksək inkişafı şəraitində aparılır. İnkişaf yüksəldikcə, idmançılar arasında rəqabət də güclənir. Bu da bizim qarşımıza hazırlıq zamanı idmançıların təminatından tutmuş, bütün incə məsələlərə ciddi və böyük həssaslıqla yanaşmağı tələb edir. Konsepsiyada son illərdə meydana gələn elmi-nəzəri yeniliklər öz əksini tapır.
İ.İsmayılov hazırlıq gedişində üç əsas məsələyə önəm verildiyini qeyd edir. Bunlar tibbi-bioloji təminat, texniki-taktiki hazırlıq və psixoloji durum səbatlığıdır. Konsepsiya olimpiya oyunlarının keçiriləcəyi ölkənin iqlim şəraiti, coğrafi xüsusiyyətləri, milli mətbəxini öyrənməyi nəzərdə tutur. İdmançıların uyğunlaşması üçün təlim-məşq toplanışları həmin ölkəyə salınmalıdır. Mütəxəssislərin bu barədə yekdil qərarı belədir ki, belə uyğunlaşma yarış ərəfəsində artıq enerji itgisinin qarşısını alır.
Konsepsiyada xüsusi vurğulanan məqamlardan biri də gərgin məşqlərdən sonra bərpa işinin düşünülmüş elmi əsaslar üzərində aparılması, farmakoloji amillərdən düzgün istifadə etməkdir. Konsepsiya olimpiadaya hazırlığın bütün təminat məsələlərinin həllini nəzərdə tutur və burada ortaya çıxa biləcək problemlərin həlli istiqamətlərini göstərir.
Nazir müavini yeni konsepsiyada diqqəti çəkən bir məqamı da qeyd etdi ki, bu da hazırlıq prosesinə gənc idmançıların qatılmasıdır. Bu gün gənclər arasında olimpiadaya lisenziya qazanmaq potensialı böyük olan idmançılarımız var və biz onlara böyük ümidlər bəsləyirik. Onlar yığma komandaların heyətlərində təlim-məşq toplanışlarına qatılmalıdırlar.
İ.İsmayılov idmançılarımızın Pekin olimpiadasına hazırlığının yüksək səviyyədə olduğunu qeyd edir:
- Bir çox ölkələrlə müqayisədə, Pekində bizim hazırlığımız çox yaxşı idi. Bununla belə, dözümlülük, psixoloji tarazlığın saxlanması məsələsində problemlər var idi ki, yeni konsepsiyada bunlar öz əksini tapıb və vəziyyətdən çıxış yolları göstərilib.
Konsepsiyada qarşıya qoyulan problemlərin həlli olimpiadada təmsil olunacaq növlərin say artımına və yeni növlərin olimpiya debütünə imkan verəcək. Bildiyiniz kimi, ötən olimpiadaya lisenziyalara görə otüstü hokkeyçilərimiz normaya çox yaxın idilər. Bu dəfə də onlar şansı itirməyiblər. Voleybolçu qadınlara ümidimiz böyükdür.
Bu gün Azərbaycan idmanı düzgün inkişaf istiqaməti götürüb. Ölkə çempionatı xeyli güclənib, klublarımız dünyanın tanınmış voleybolçularını komandalarına dəvət etməklə, ölkə voleybolunun inkişafına böyük təkan veriblər. İnkişaf idmanımızın bütün sahələrini əhatə edir. Bu da Azərbaycanda idman sahəsində dövlət siyasətinin təntənəsidir. Bu siyasətin nəticəsidir ki, ölkəmiz son10 ildə dünyanın idman ölkələri sırasında özünə yer alıb. İndi Azərbaycan təkcə neft-qazı ilə deyil, həm də böyük idman, olimpiya çempionları yetirən ölkə kimi tanınmaqdadır. Burada keçirilən yarışlar keyfiyyət və təşkilatçılıq səviyyəsinə görə fərqlənir. Bu da dünyanı belə bir təkzibolunmaz fakt qarşısında qoyur ki, Azərbaycanda ən böyük idman yarışlarının, hətta olimpiya oyunlarının keçirilməsi üçün hər bir imkan var.
Bu gün Azərbaycan idmançılarının London olimpiadasına hazırlıq konsepsiyası yüksək səviyyəli mütəxəssislərin, federasiya rəhbərlərinin iştirakı və rəyləri nəzərə alınmaqla işlənib hazırlanmış və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən təsdiq olunmuş əldə rəhbər tutulacaq bir sənəddir.
Xəbər 2525 dəfə oxundu



 
Müəllifin son yazıları

29.10.2015 Arzulara sədd yoxdur
03.02.2015 Şərq döyüş növlərinin Süleyman Məmmədli fenomeni
06.09.2014 Arzulara sədd yoxdur


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Çempion mövsümə intriqa gətirir
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru