Ana səhifə  |  Haqqımızda  Əlaqə
Çərşənbə, 8 yanvar 2025, 03:09:43  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Gələcəyin “Dəmir atlı” çempionu!
Tarix: 12.01.2015 | Saat: 09:53:00 | E-mail | Çapa göndər
"Kaspi" qəzetinin bugünkü nömrəsində Azərbaycanın şosse velosipedi üzrə U-23 yığma komandası və "Synergy Baku" kontinental komandasının üzvü Elgün Əlizadə haqda yazı dərc olunub. AVİF mətbuat xidməti müəllifi Kənan Məstəliyev olan həmin yazını təqdim edir.

Elgün Əlizadə velosiped idmanının ümid yeridir

Son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyan idman növlərinin sırasında velosiped idmanı da var. Qısa müddətdə çox sayda istedadlı gəncin ortaya çıxması, onların həm daxili, həm də müxtəlif beynəlxalq turnirlərdə özlərini ən yaxşı tərəfdən göstərməsi, ölkəmizə medallarla qayıtması bunun bir göstəricisidir. Bu səbəbdən də yayda Bakıda keçiriləcək Avropa Oyunlarında yer alan velosiped idmanı üzrə yarışları böyük ümid və inamla izləyəcəyik. Azarkeşlik edəcəyimiz idmançılar arasında ən böyük perspektiv vəd edəni isə şübhəsiz ki, Elgün Əlizadədir.

Sonrakı seçim

20 aprel 1996-cı ildə Bakıda anadan olan Elgün ən kiçik yaşlarından idmana meylli uşaq olub. İlk vaxtlarda kikboksinqlə məşğul olan gənc qəhrəmanımız sonradan velosiped üzərinə qalxıb. Əksərimizin uşaqlıqda malik olmaq istədiyi bu əyləncə, tezliklə, Elgünün həyat seçiminə çevrilib. Velosiped sevgisi onu bu işi peşəkar səviyyədə görməyə vadar edib. Əslində, velosiped idmanı əzələlərin (xüsusilə də bədənin aşağı hissəsindəki), tənəffüs orqanlarının inkişafı və qan dövriyyəsinin yaxşılaşması, həmçinin ümumi fiziki dözümlülüyün artırılması üçün əvəzolunmaz növdür. Orta tempdə sürüş eyni sürətli yerimə, qaçış və ya digər hərəkətli idman növlərindəkindən daha az enerji sərfini təmin edir. Yüngül rejimdə hərəkətlə velosipedi istər məktəbəqədər yaşda, istərsə də təqaüd yaşlı insanlar sürə, həm istirahət edə, həm də sağlamlıqlarını qoruya, yaxşılaşdıra bilərlər. Bir sözlə, iki təkər üstündə gəzməyin xeyri çox böyükdür. Ancaq yuxarıda sadalananlar hobbi üçün yaxşıdır. Bəs peşəkar idman? Gündə onlarla, bəzən yüzlələr kilometr məsafəni qət etmək, dağ, şosse yollarını müxtəlif sürətlə arxada qoymaq, yarışmaq, rəqabət aparmaq necə, asandırmı, sizcə? Əminliklə, deyə bilərik ki, yox! Bu, çox çətin, böyük əziyyət və əzmkarlıq tələb edən, hər saniyəsi zədə təhlükəsi olan, hər kəsin qatlaşa bilməyəcəyi işdir. Odur ki, 11 yaşında 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində (8OEQIUGVM) mütəxəssis Əbülfəz Məmmədovun yanında məşqlərə başlamaq niyyətinə görə Əlizadəni alqışlamağa dəyərdi. “İstək işin yarısıdır”, deyiblər.

Müxtəlif qələbələr

Bu il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılar sırasında olan və onun elçilərindən biri seçilən Elgün Əlizadə 2008-ci ildə qatıldığı ilk yarışa çıxmazdan əvvəl buralara qədər gələcəyini düşünmürdü. Onun üçün yalnız velosipedi və qət edəcəyi yollar vardı. İlk dəfə mərkəzi velotrekdə yarışa çıxan və Respublika səviyyəli yarışlarda uğurlar qazanmağa başlayan idmançının yüksəlişi çox sürətli alındı. Cəmi iki ildir beynəxlalq yarışlara qatılan Əlizadə, nəinki Azərbaycan, hətta Avropanın ən perspektivli velosipedçilərindən biri sayılır. Ötən ilin iyulunda baş verənlər də buna daha bir sübut idi. İsveçrədə velosiped idmanının şosse növü üzrə U-23 yaş kateqoriyası və gənclər arasında Avropa çempionatında gənc Elgün Əlizadə Azərbaycan üçün tarixi nailiyyətə imza atdı. O, 41 ölkənin iştirakı ilə keçirilən qitə çempionatında 130 km məsafəyə qrup ötüşməsində çempion olmuş İtaliya idmançısına cəmi 9 saniyə uduzmaqla (03:09:47) 190 nəfər arasında 12-ci yeri tutdu. Dünya və Avropa çempionluqları, Olimpiadalardakı qələbələrə öyrəncəli olan Azərbaycan idmansevərləri üçün bu nəticə kiçik görünə bilər. Çünki hər hansı yarışda 12-ci olmağı böyük uğur saymaq istəmirik. Ancaq sizi əmin edə bilərik ki, bu, müqayisədə cüdo və ya boksda, yaxud digər idman növlərində Avropa çempionatının azı gümüş medalına bərabər nailiyyətdir. Ancaq Elgünün aktivində digər qələbələr də az deyil. Əlizadə çoxgünlük ötüşmələr üzrə Federasiya Kubokunda U-17/Gənclər yaş kateqoriyasında bürünc, fərdi ötüşmələri üzrə Azərbaycan Çempionatında gənclər və U-19 yaş kateqoriyasında gümüş, Bakı şəhər çempionatında qızıl, çoxgünlük kriterium yarışında Junior və U-17 yaş qrupunda bürünc, 2014-cü ildə Azərbaycanda kriterium, cüt və qrup ötüşməsi yarışlarında qızıl medalların sahibidir. Son iki ildə 30-a yaxın beynəlxalq turnirə qatılan Elgün Əlizadə 2000 km-dən çox yarış məsafəsi qət edib. O, İspaniya, İtaliya, Hollandiya, Avstriya, Çexiya, Almaniya və digər ölkələrdə müxtəlif turnirlərdə iştirak edərək müxtəlif uğurlar qazanıb, Azərbaycanın adının güclülər sırasında çəkilməsini təmin edib. Görünən odur ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işlər, xüsusilə də gənc istedadlarla çalışmalar öz bəhrəsini verməkdədir.

Şossenin ən yaxşısı

İnsan kimi təvazökar və təmkinli biri olan Elgün, məşqçilərinin sevimlisidir. Bunu onu həm ətrafındakı dostları, həm də məşqlərinə yetirdiyi diqqətlə əsaslandırmaq olar. İdmançı kimi isə Elgünün universal olduğunu qeyd etmək olar. Bu yaxınlarda Slovakiyanın Dubnitsa şəhərində şosse növü üzrə gənclər arasında ənənəvi “Beynəlxalq Velosiped günü” adlı, sayca 51-ci yarışda ən yaxşı dağ velosipedçisi adına layiq görülən Əlizadə sabit, konkret plan üzrə hərəkət etməyi bacaran velosipedçidir. İstər dağ yolu, istərsə də düz şossedə tempini qorumağı bacarması onu fərqləndirən cəhətlərdəndir.

Dəmir atı üçün darıxan

Yarışlarda qələbə qazanmaq, uğurlara sevinmək yaxşı hisslərdir. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, bu nəticələrin arxasında ağır məşqlər durur. Heç bir nailiyyət asan qazanılmır. Bu mənada Elgün Əlizadənin çalışma əzmini təqdir etmək olar. Günün azı 4-5 saatını məşqə ayıran 18 yaşlı gəncin həyat tərzi velosipedlə birbaşa iç-içədir. Bu yaşda əyləncəyə meylli olan insanlardan bu qədər peşəkarlığı yalnız böyük çempionlar, böyük idmançılarda görmək mümkündür. Elgünün velosiped sevgisi xüsusilə fərqləndiriləcək səviyyədədir. “Bu qədər çox çalışmaqdan yorulmursan ki” sualına verdiyi cavab hər şeyi öz yerinə qoyur: “Əksinə! Velosipeddən düşən kimi onun üçün darıxıram. Mənim əyləncəm də, məşqim də, həyat tərzim də velosipeddir. Özümü ondan kənarda təsəvvür edə bilmirəm. Bəli, məşqlər çətin və yorucudur. Ancaq heç vaxt çəkilib getmək, daha velosiped idmanıyla məşğul olmamaq fikrinə düşməmişəm. Çünki mən bu idmanı sevirəm. Onu da bilirəm ki, qələbə qazanmaq, zirvələri fəth etmək üçün dayanmadan çalışmaq gərəkdir”. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Portreti

O, hələ yolun başlanğıcındadır. Öz sevimli “dəmir atı” ilə bir neçə yüksəkliyi geridə qoyaraq arzusunda olduğu dünya və Olimpiya çempionluğuna doğru yol alıb. Onun hətta buralara qədər gəlməsi belə böyük nailiyyətdir. Bunu özü də bilir, ancaq əldə etdikləriylə kifayətlənmək fikrində deyil. Gənclik enerjisini pedalların daha sürətlə fırlanmasına sərf edən qəhrəmanımızın portretində də çox diqqətli və ağır baxışlı biri var. Ancaq kiçik bir təbəssüm də yox deyil. Bu, qarşıdakı böyük qələbələrin elçisi olan təbəssümdür. Rəqibləri indidən narahat ola bilərlər: Azərbaycanın velosiped ümidlərindən biri dünyanı fəthə hazırdır. Diqqət və təbəssümü ilə.
Xəbər 1115 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.10.2024 Azərbaycanın daha bir velosipedçisi Balkan çempionatında gümüş medal qazanıb
25.10.2024 Azərbaycan velosipedçisi Balkan çempionatında gümüş medal qazanıb
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru