Ana səhifə  |  Haqqımızda  Əlaqə
Cümə, 10 yanvar 2025, 12:35:47  
 
  

                        
logo-veb
 Xəbərlər
24/12 | 09:10 Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
23/12 | 21:13 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22/12 | 18:26 Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib
22/12 | 10:59 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
21/12 | 14:31 Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib
20/12 | 18:50 Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
20/12 | 16:34 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
02/12 | 09:15 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01/12 | 16:16 "Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
01/12 | 09:55 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
30/11 | 22:31 Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında qızıl medal qazanıb
29/11 | 22:48 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə qızıl medal qazanıb
29/11 | 15:47 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
27/11 | 19:50 Azərbaycan idmançıları Özbəkistanda 3 qızıl medal qazanıblar
27/11 | 11:18 Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşüb
27/11 | 10:59 İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
26/11 | 11:42 Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
25/11 | 23:04 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
25/11 | 22:58 Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
25/11 | 13:27 Azərbaycan atıcısı Serbiyada uğura imza atıb
25/11 | 13:16 Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
25/11 | 10:44 Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
24/11 | 22:11 Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
24/11 | 14:09 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
24/11 | 12:25 Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
23/11 | 12:52 Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar
23/11 | 09:28 Azərbaycanın güllə atıcısı Serbiyadakı Qran-pridə bürünc medal qazanıb
22/11 | 09:37 Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib
21/11 | 10:22 Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
20/11 | 22:49 Azərbaycanla Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
19/11 | 16:14 Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
18/11 | 10:26 Azərbaycan badmintonçuları Zambiyada 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar
18/11 | 09:22 Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
17/11 | 21:39 Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Digər xəbərlər 
Beynəlxalq Cüdo Federasiyasının yeni mövsüm üçün təqvimi elan edilib
Tarix: 08.01.2015 | Saat: 13:18:00 | E-mail | Çapa göndər
Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni mövsüm üçün təqvimi birincilər sırasında elan edib. Bu mövsümdə Azərbaycan yığması bir sıra iri yarışlarda iştirak edəcək. Rioda keçiriləcək Olimpiadanın başlanmasına az qalır. Bu o deməkdir ki, prestijli yarışlarda toplanılan reytinq xallarının əhəmiyyəti qat-qat artır. Deməli, bizim atletlər öz ixtisas mövqelərini möhkəmlətməlidirlər, bu isə yalnız qarşıdakı turnirlərdə uğurlu çıxışlar sayəsində mümkündür. Builki yarışların təqvimində dörd “Böyük dəbilqə” turniri, on Qran-pri və çoxsaylı Dünya kubokları nəzərdə tutulur. Atletlər artıq adət ediblər ki, reytinq yarışları praktiki olaraq planetimizin bütün guşələrində keçirilir. Yeni mövsümdə də komandamız dəfələrlə başqa ölkələrə uçmalı olacaq. Cari ilin təqvimindəki əsas fərqlərdən biri ondan ibarətdir ki, fevralın 20-22-də Düsseldorfda keçiriləcək Qran-pri bu il üçün planlaşdırılan ilk iri turnir olacaq. Məsələ burasındadır ki, ənənəyə görə ilin əvvəlində bütün elita Parisdə keçirilən “Böyük dəbilqə” turnirinə gedir, bu il isə məşhur “Bersi” arenasının yenidən qurulması ilə əlaqədar, həmin yarışlar oktyabr ayına keçirilib.Azərbaycan yığmasına gəldikdə, bu komandanın prioritetləri aydındır. Aprel ayında Qlazqoda Avropa çempionatı, Azərbaycanda “Böyük dəbilqə” turniri, Bakıda Avropa Oyunları və Astanada (24-30 avqust) Dünya Çempionatı keçiriləcək. İndi əsas məsələ komandanın qüvvələrini bütün turnirlər arasında müntəzəm bölüşdürməkdir. Axı adları çəkilən yarışlardan əlavə bir sıra başqa seçmə startlar da nəzərdə tutulur. Olimpiadaya lisenziyaların reytinq əsasında verildiyini nəzərə alsaq, yığmamızın məşqçilər qərargahı yeni mövsüm üçün bütün strategiyanı hərtərəfli ölçüb-biçməlidir. Hər kateqoriyada 16 ən yaxşı cüdoçunun iştirakı ilə keçirilən “World Masters” turniri bir illik fasilədən sonra yenidən təqvimə daxil edilib. Bu turnirdə vaxtilə Elnur Məmmədli iki dəfə qalib gəlib, Elxan Məmmədov isə bir dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Növbəti turnir mayın axırlarında Mərakeşdə keçiriləcək.Ənənəyə görə, mövsümün ikinci yarısında bütün iri turnirlər Asiyada keçiriləcək. Cüdoçular Özbəkistanda, Çində və Koreyada Qran-pri yarışlarında qarşılaşacaqlar, mövsümün final akkordu isə dekabrın 4-6-da Tokioda planlaşdırılan “Böyük dəbilqə” turniri olacaq.

AzərTAc


Xəbər 1166 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.12.2024 Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib
22.12.2024 Azərbaycan cüdoçusu Çempionlar Liqasında bürünc medal qazanıb
02.12.2024 Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
01.12.2024 Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
29.11.2024 Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
24.11.2024 Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
16.11.2024 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
15.11.2024 Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
15.11.2024 Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
08.11.2024 Azərbaycanın veteran cüdoçuları dünya çempionatında 4 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru