Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı başa çatdı. “Zirve İnternational Sport Clubs” nümayəndələrindən sonuncu olaraq Andrian Zbirnea dünən körpücük üzərində çıxıb. “Kişinyov-Zirvə” İdman Klubunun təmsilçisi 105 kq çəki dərəcəsində mübarizə aparıb.
2012-ci il Universiadasının və Zirve İSC 2014-cü il dünya çempionatının gümüş mükafatçısı olan Zbirnea birdən qaldırmada 180 kq, təkanla qaldırmada isə 215 kq nəticə göstərib. Toplam 395 kq (180+215) nəticə ilə Andrian dünya çempionatında 9-cu yeri tutub.
Bu çəki dərəcəsində qızıl medal mübarizəsi fanatstik alınıb. Qazaxıstanlı atlet, ikiqat Olimpiya çempionu İlya İlyin, qalib olmaq üçün təkanla qaldırmada 242 kq-ı qaldıraraq dünya rekordunu 4 kq yeniləyib.